"Bizim üçün çətin oyun keçdi. "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır. Amma futbolçular əzmkarlıq göstərib, yaxşı mübarizə apardılar. Məğlub da ola bilərdik. Futbolçularımın əzmkarlığı məni çox sevindirdi. Sona qədər mübarizə apardılar. Bizim üçün çox vacib olan bir xal qazandıq. Həmişə favorit komandalarla matçda qazanılan bir xal, çempionatın sonunda çox dəyərli olur. Futbolçularımı təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyunu şərh edərkən deyib.
O, "Qəbələ"yə qarşı oyundan bu yana komandada istər əzmkarlıq, istər keyfiyyət baxımından inkişaf göründüyünü vurğulayıb: "Mövsüm davam etdikcə, futbolçular da yaxşı formaya çatırlar. Komandanın əzmkar oynaması bizim üçün çox vacibdir. Çünki mənim üçün ilk növbədə gələn komandanın əzmkar və döyüşkən olmasıdır. Daha sonra digər keyfiyyətlər gəlir. Bu gün komanda çox əzmkar idi. Bunu daha da inkişaf etdirməliyik. Amma çempionat çox gərgin mübarizə şəraitində gedir. Mütləq hər oyundan xal və ya xallarla ayrılmaq lazımdır. Hələ ki, gedişat belədir. Qış fasiləsindən sonrakı turlar nə göstərəcək, bilmirəm. Avrokuboklara iddialı klublar nadir hallarda xal itirirlər. Ona görə də, qazanılan hər bir xal çox dəyərlidir. Xüsusilə də, "Qarabağ" kimi komanda ilə oyunda".
R.Sadıqov qış fasiləsində heyəti gücləndirmək istədiklərini söyləyib: "Amma özünüz də bilirsiniz ki, qışda transfer etmək həmişə çətindir. Görək, necə olacaq".
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov