"Oyuna yaxşı başladıq və ilk yarıda diqtə edən tərəf idik. Tempi dəyişib, daha sürətli oynayaraq növbəti qolları vuracağımız epizodlar var idi".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 15-ci turunun "Səbail"lə bu gün keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib: "İkinci qoldan sonra növbəti 10 dəqiqə çox faciəvi keçdi. Öz qapımızda qol gördük. 10 dəqiqə ərzində heç nə etmədik, heç nə ilə yadda qalmadıq. Beləliklə, rəqibə 2-3 böyük qol şansı verdik. Bunlar baş verməməlidir. Komandamızda kifayət qədər təcrübəli və səviyyəli oyunçular var. Yaxşı ki, bu gün üç xal qazandıq".
Baş məşqçi qeyd edib ki, komandası nöbəti turda "Qarabağ"la keçiriləcək oyunda bu cür səhvləri təkrarlamamalıdır: "Qarabağ" bu cür səhvləri bağışlamır. Bizim oyunçular növbəti oyunda belə epizodlarda daha peşəkarcasına davranacaqlar. Onlar bu cür səhvlər etməməlidir. Müdafiədə çətinliklərimiz, problemlərimiz var. Voyislav Stankoviç zədəlidir, Solomon Kvirkveliya, Azər Salahlı millinin düşərgəsindəydi. Mamadu Mboc bir müddət zədəli oldu. Sabahdan "Qarabağ"a qarşı oyunun hazırlıqlarına start verəcəyik. Ümidvaram ki, futbolçularım növbəti matçda daha inamlı və daha yaxşı oynayacaqlar".
Regekampf "Qarabağ"la oyunda yaxşı nəticə qazanmaq şansınız varmı" sualını belə cavablandırıb: "Hər zaman oyun 0:0 başlayır. Hər iki komandanın eyni şansı olur. Siz də görürsüz ki, futbolda hər şey mümkündür. Oyuna çox yaxşı hazırlaşmalıyıq. Gücümüzə inanmalıyıq. Əgər oyuna bu cür yanaşsaq, şanslarımız olacaq".
Regekampf "Neftçi"də debüt edən gənc futbolçu Ağadadaş Salyanskinin oyunu haqda da danışıb: "Gəncdir, qaçışı, bədən quruluşu, oyuna yanaşmasını çox bəyənirəm. Ağadadaş "Neftçi"nin gələcəyidir. Çalışıram ki, əvəzedici heyətdən əsas komandaya oyunçular cəlb edim. Daha uyğun gördüklərimə isə şans verirəm. Belə olan halda, onların özlərinə inamı artır. Ağadadaş da öz üzərində daha çox işləməlidir".
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Türkiyə İtaliyaya, Belçika Fransaya qarşı
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi