“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarov klubu və AFFA-nı Beynəlxalq İdman Arbitraj Məhkəməsi – CAS-a şikayət prosesinə baslayıb.
Bu haqda Qol.az saytına açıqlamasında mütəxəssiz özü bildirib.
Qeyd edək ki, daha əvvəl Çodarov AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə şikəyət etmişdi. Buna “Sumqayıt”ın müqaviləni birtərəfli şəkildə pozması və məşqçinin dörd aylıq əmək haqqını ödəməməsi səbəb olub. Komitə şikayəti təmin etsə də, sonradan AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt”ın apellyasiya şikayətini təmin edərək E.Çodarova təzminat ödənilməsi ilə bağlı qərarı ləğv edib. AFFA yekundan şikayəti təmin etmədiyindən gənc mütəxəssis CAS-a üz tutub.
E.Çodarov Qol.az saytına açıqlamasında deyib: “AFFA-nın Apellyasiya Arbitraj Tribunalı artıq qərarın ləğvində nəyə əsaslandığını mənə göndərib. Bununla bağlı vəkilimə də məlumat vermişəm. Tribunal qərarı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin bəzi prosedur qaydalarını pozduğunu əsas gətirərək ləğv edib. Qərarda mənim haqsız olduğum barədə heç nə yoxdur. Amma dediyim kimi, vəkilimlə bu haqda danışmışam və araşdırma nəticəsində məlum olub ki, Komitə hər hansı qaydanı pozmayıb”.
E.Çodarov bildirib ki, sona qədər haqqını tələb edəcək: “Artıq növbəti addım CAS-dır. Bununla bağlı fəaliyyəti Tribunalın qərarını aldıqdan dərhal sonra başlamışam. CAS-a müraciətlə bağlı ilk addımı atmışıq. Prosedur qaydalarına əsasən login və parol da əldə edilib. Yani rəsmi prosedura start vermişik”.
Onun sözlərinə görə, CAS-a üz tutmazdan əvvəl ötən həftə AFFA-nın baş katibi Sərxan Hacıyevə məktub göndərərək vəziyyətlə əlaqədar tam məlumat verib: “AFFA-nın Apellyasiya Arbitraj Tribunalının işə baxarkən öz əsasnaməsini pozduğunu da qeyd etmişəm. Həmçinin istədim ki, atacağım addım barədə əvvəldən məlumat verim. Çünki CAS-da cavabdeh qismində yalnız “Sumqayıt” klubu olmayacaq. Şikayət AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarından olduğu üçün federasiya da cavabdeh qismində olacaq”.
“CAS-a şikayət etdikdə xeyli xərc tələb olunur. Bu xərcləri qarşılaya biləcəksiniz?” sualına Çodarov belə cavab verib: “Bəli düz qeyd etdiniz, CAS-a şikayət üçün az pul tələb olunmur. Bunu daha əvvəl vəkilimlə də müzakirə etmişik. Əlavə olaraq vəkil və başqa ödənişlər də var. İddia olunan məbləğ o qədər də yüksək olmasa da, xərclər az olmayacaq. Lakin bu məsələdə haqlı olduğumu hər kəs bilir. “Sumqayıt” klubu üzürsüz səbəbdən müqaviləyə birtərəfli qaydada xitam verib. Məsələylə tanış olan hər bir hüquqşünas birmənalı şəkildə CAS-da qalib gələcəyimi deyib. İddiam təmin olunduqdan sonra “Sumqayıt” klubu müqavilə ilə ödəməli olduğu məbləğdən əlavə bütün məhkəmə, vəkil və bu işlə bağlı edəcəyim bütün xərcləri ödəyəcək və o vəsait mənə qayıdacaq. Ona görə də hər hansı tərəddüdüm yoxdur”.
Qeyd edək ki, E.Çodarov Ayxan Abbasovun “Sumqayıt”ın baş məşqçisi olduğu dövrdə önun köməkçisi işləyib. Ötən ilin dekabrında A.Abbasovla yanaşı E.Çodarov da istefaya göndərilib.
Ramiq Ağaməmmədov
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı