Azərbaycan millisinin futzalçısı İsa Atayev İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin 2-ci tur oyunu barədə federasiyanın Mətbuat Xidmətinə açıqlama verib.
Qol.az xəbər verir ki, 33 yaşı oyunçu iki dəfə hesabda irəli çıxdıqlarını, amma yekunda heç-heçə ilə barışmalı olduqlarını bildirib: "Çox çətin oyun oldu. Gürcüstana 2:3 hesabı ilə uduzduğumuz ilk qarşılaşmada baş məşqçi mənə şans vemədi. Onun fikirlərinə hörmətlə yanaşırıq. Üçüncü matça tam hazır heyətlə çıxacağıq. İki oyunçumuz koronavirusa görə bizə qoşula bilməmişdi. Heyətimiz də tam deyildi. Üçüncü matçda qələbə qazanacağımıza ümid edirəm. Hələlik qrupdan çıxmaq üçün şansımız var. İnanıram ki, şans bizim tərəfimizdə olacaq".
Yığmanın digər üzvü Rafael Vilela ilk görüşdə Gürcüstana iki qol vurduğunu xatırladıb. O, həmin qarşılaşmada üstünlüklərini qoruya bilməmələrindən təəssüfünü ifadə edib: "Vacib oyunda yenildik. Halbuki növbəti addım üçün bu qarşılaşmanın əhəmiyyəti danılmazdır. İspaniyaya qarşı isə daha yaxşı oynadıq. İki dəfə hesabda önə keçdik, yenə qələbəni qoruya bilmədik. Amma turnirin favoritlərindən biri hesab edilən ispanlarla dueldə heç-heçə pis nəticə deyil. Onlara qarşı bir neçə dəfə mübarizə aparmışam. Həqiqətən də çox güclü rəqibdir. Məncə, ilk dəfə rəsmi oyunda İspaniyaya uduzmuruq. Nəticəni super hesab etmirəm, super nəticə qələbə olan zaman deyirlər, amma dünya reytinqinə başçılıq edən komanda ilə heç-heçə asan olmadı. Hətta sona yaxın qələbə qolunu da vura bilərdik".
Vilela İspaniyanın cütün favoriti hesab edildiyini vurğulayıb: "Amma biz oyunumuzla istənilən güclü komanda ilə başabaş mübarizə aparmağa hazır olduğumuzu göstərdik. Hələ mübarizə başa çatmayıb. Məşqlərimizi davam etdirəcəyik, Bosniya və Herseqovina ilə oyuna ciddi hazırlaşacağıq. Hər bir qələbə bizim üçün vacibdir. İşimizi görməliyik. Ümid edirik ki, son turda Gürcüstan millisi ispanları büdrədəcək”.
Qeyd edək ki, hazırda qrupda 1 xalla üçüncü olan Azərbaycan seçməsi sonuncu matçını yanvarın 29-da Bosniya və Herseqovina ilə keçirəcək. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.
"Liverpul" onun üçün 80 milyon avro ödəməyə hazırdır
Alleqri "Real"ı çalışdıracaq?
Undav "Ştutqart"ın rekordunu təkrarladı
"Ən azı 1 xal qazanmağı hədəfləmişdik" - Siyasət Əsgərov
Hakimlərimiz Küveytdən vətənə qayıdıblar
Kazemiro hansı kluba getməyi hədəfləyir?
"Roma"dan "Barselona"ya keçə bilər
"Real"ın müdafiəçisi sıradan çıxdı
"Liverpul" onun müqaviləsini yenilədi
İstanbul derbisinin heyətləri açıqlandı
Zədəli Ronaldodan xəbər var - Şəkil
Azərbaycan millisi Macarıstana məğlub oldu
Arda Güler matçın ən pis oyunçusu seçildi
"Arsenal" kubok oynunda qələbə qazandı
Noyer sıradan çıxdı
“Şəfa”nın yeni prezidenti açıqlandı
"Qış fasiləsindəki bəzi tələblərim reallaşmadı" - Saşa İliç
"Karvan-Yevlax"ın son dəqiqə qolu - Video
AFFA nümayəndələri UEFA-nın baş qərargahında
“Karvan-Yevlax” “Sumqayıt”la heç-heçəyə razılaşdı
"Arsenal" gənc oyunçulara şans verən ilk klub oldu
Flikdən Levandovski açıqlaması
“Mançester Siti”yə qarşı dominant olmalıyıq”
“Arsenal”dan ulduzları ilə bağlı qərar
"Karvan-Yevlax" - "Sumqayıt": Heyətlər
“Milan”dan Alleqri ilə bağlı addım
“Real”a azarkeş qalmaqalı ilə bağlı cəza verildi
Enrike: “Özünəinam supermarketdən alına bilən şey deyil”
Levandovski gələcəyindən danışdı
A seriyasının ən yaxşısı odur
Klub sahibi Messinin illik qazancını açıqladı
Azərbaycan millisi Macarıstana qarşı
Arda Güler Avropada 2-ci yerə yüksəldi
“Napoli” “Torino”nu məğlub etdi
“Liverpul” ilk 1/4 finalçı oldu
“Real” sonda sevindi
PSJ öz meydanında uduzdu
“Bavariya”dan böyük hesablı qələbə
MOİK-in qələbəsi - Video
Azərbaycan cüdoçusu "Qran-pri"nin qalibi oldu
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
Azərbaycan millisi Macarıstanda məşqə çıxdı - Şəkillər
"Səbail"in 4 qollu qələbəsi - Video