Azərbyacan millisinin sabiq üzvü Vaqif Cavadov Qol.az-a müsahibəsində yığmamızın DÇ-2022-nin seçmə mərhələsindəki çıxışlarından və ümumilikdə futbolumuzun durumundan danışıb.
- Ötən gün millimiz DÇ-2022-nin seçmə mərhələsində növbəti məğlubiyyətini aldı. Serbiya ilə görüşlə (1:3) bağlı nə deyə bilərsən?
- Baxmayaraq ki, uduzmuşuq, komanda yaxşı mübarizə apardı. Əvvəlki matçlardan fərqlənirdi. Hücuma atılırdılar. Rəqibə yaxşı təzyiq göstərirdilər. Məncə, mübarizəli matç keçdi. Amma yenə də Serbiya millisinin ustalıq səviyyəsi özünü göstərirdi.
- Seçmə mərhələnin sonuna yaxınlaşırıq. Ümumilikdə Azərbaycan yığmasının çıxışını necə dəyərləndirirsən?
- Bunu hamı görür. Komandanın qrupdakı xalı da məlumdur. Yığma dünən yaxşı oynadı, amma uduzdu. Pis çıxış etmədilər. Amma bu rəqiblə Bakıdakı oyun tam fərqli idi. Əgər ümumilikdə dünənki kimi çıxış etsəydilər, deyə bilərdik ki, nəyəsə ümid var. Amma biz görürük ki, belə deyildi. Seçmə mərhələdə hər oyunda müxtəlif dəyişikliklər olurdu. Ona görə də nəsə demək çətindir. Əlbəttə ki, futbolçularımızın potensialı var. Sadəcə, onlara işləmək, məşq etmək və irəliləmək lazımdır.
- Bu qrupda daha çox xal toplamaq olardı?
- Əlbəttə. İrlandiya, Lüksemburqla matçlarda qələbə qazanmaq mümkün idi. Ən azından mübarizə aparmaq, yaxşı oynamaq olardı. Heyətlə bağlı problemlər var idi. Həmçinin, məşqçi də dəyişikliklər etmişdi. Mənim fikrimcə, hər şey baş məçqçidən asılıdır.
- Millimizin baş məşqçisi Canni de Byazi də hər dəfə oyunlardan sonra məsuliyyəti öz üzərinə götürür. Səncə də, problemlər sırf baş məşqçi ilə bağlıdır?
- Bəli. Məncə, baş məşqçidən asılıdır.
- Axı, əvvəlki çalışdırıcıların vaxtında da millimiz bundan artığını bacarmırdı.
- Əvvəllər qrupda cəmi 1 xal toplamağımız çox az halda olub. Bu barədə nəsə deməyə çətinlik çəkirəm. De Byazi yığmaya təzə gəlsə, deyərəm ki, hə, belə hallar olur. Amma yeni gəlməyib. Bu məsələyə tam başqa cür yanaşmaq lazımdır.
- Əslində De Byazi özünü günahlandırsa da, ara-sıra deyir ki, Azərbaycan millisində legioner həyatı yaşayan futbolçu çox azdır, heyət seçimində çətinlik çəkirik, çempionatda cəmi 8 komanda var...
- Mən mətbuatı oxumuşam. Bəziləri oyunlardan sonra da deyirlər ki, bizim futbolçular xaricə getməlidir, burada çox məvacib alırlar, legioner limitini aradan götürmək lazımdır və s. Deməli, legionerlər gəlib, Azərbaycanda oynasın, amma yerli futbolçularımız xaricdə çıxış etsin. Bunu hansı ağılla deyirlər? Dünyanın heç bir yerində belə şey yoxdur. Əvvəlcə onu deyim ki, xaricdə gedib necə oynaya bilərsən? Avropa vizan yoxdur. Həm də tanınmaq üçün gərək millidə oynayasan. Məsələn, Mahir Emreli “Legiya”ya transfer olunub. Çünki o, yığmada çıxış edib. Viza problemi də həll olunub. Deyirlər ki, Azərbaycanda yerli futbolçular çox maaş alırlar. Hansı futbolçu legionerdən çox qazanır ki? Mən inanmıram ki, hansısa klub o qədər çox maaş versin. Bircə “Qarabağ”dır. Yerdə qalan bütün klublar nə qədər pul qazanır, məvacib ayırır ki? İkincisi, kim istəməz ki, xaricə getsin, oynasın. Gərək bu futbolçuları transfer etmək istəyən olsun də. Ən əsası da, biz futbolumuzu inkişaf etdirmək istəyiriksə, uşaq futbolu ilə ciddi məşğul olmalıyıq. Mən son zamanlar uşaqlarla işləyirəm, kurs keçirik. Gedib onlara baxırıq. Uşaqlarla maraqlanmaq lazımdır. Onlar nə edirlər, soyuqda hansı formanı geyinirlər, 14-15 yaşında matçlara necə gedirlər. Deyirik ki, biz futbolçu yetişdirə bilmirik. Əgər 15-16 yaşlı futbolçuya biz 1 qəpik maaş vermiriksə, necə yetişdirəcəyik? 16 yaşlı oğlan da bir kişidir. Onun anası deyəcək ki, ay oğlum, mən sənə forma alıram, buts alıram, yol pulunadək mən verirəm. Get işlə, ofisiantlıq et, ya oxu, nə isə et, pul qazan. Boş-boşuna niyə futbola gedirsən? Bu uşaqlar necə futbol oynasın. Mən özüm onlara baxıram, görürəm, öyrənirəm. Amma onlar hər ay ən az 200-300 manat maaş alsalar, görəcəklər ki, həqiqətən də oynamaq olar. 16 yaşlı futbolçu artıq bir şəxsiyyətdir. Biz bunlardan danışmalıyıq. Biz o uşaqlarla maraqlanmalıyıq. Birinci də onların geyiminə nəzər yetirməkdən başlamalıyıq. Biz nə isə verməliyik ki, sonra tələb edək. Komandamıza legioner tapıb, gətiririk. O legionerə verdiyiniz pulu gedin, forma alın, uşaqları geyindirin. Həmin futbolçuların hər şeyi olmalıdır ki, soyuqda donmasınlar, xəstələnməsinlər. Danışırıq ki, bizdə bir dənə komanda var, elə istəyirik ki, avrokuboklarda oynayaq. Digər komandalar da avrokuboklarda oynamaq istəyir. Amma bizdə o səviyyədə futbolçular olmayacaq. Bunlara nəzarət etmək lazımdır. Əvvəlcə futbolçu yetişdirməli, sonra Avropada oynamalıyıq. Legioner istəyirsiniz, gəlsin, oynasın. Bəs, kim yetişdirəcək bu azərbaycanlı oyunçuları? Bu uşaqlar heç olmasa normal şəraitdə məşq etməlidirlər. Yoxsa elə legionerləri gətirin, oynasınlar. Elə bir şey ola bilməz axı. Bu yolla milli komanda heç vaxt inkişaf edə bilməz. Biz gərək nəsə edək ki, sonra futbolun inkişafından danışaq. Bəziləri deyir ki, Premyer Liqada 8 komanda yarışır, onların da aşağı yaş qrupları var. Bir baxın, maraqlanın, görün, onlar nə geyinir? Necə məşqə, oyuna çıxırlar? Onların hər şeyi varmı? Biz onlara nə vermişik ki, sonra tələb edirik? Biz 16-17 yaşlı futbolçuları itiririk. İtirəcəyik də. İnsanların çoxu 16 yaşında gedib işləyir, pul qazanır, evinə çörək gətirir. Bunlardan başlamaq lazımdır ki, milli səviyyəsində futbolmu yetişdirməkdən söz açaq. Biz aşağı yaş qruplarından ibarət komandalarımızı məcburən UEFA-ya görə saxlayırıq. Çünki əks-halda Avropada oynamağa buraxılmayacaqlar. Hər şey formaldır. Əvvəl belə halları görməmişdim. Sonra özüm görüb əmin oldum ki, komandalarımızın 8-də də eyni problem var. Heç normal məşq yerləri yoxdur. Komandaların biri məktəbin həyətində məşq edir, biri filan yerdə, o biri başqa yerdə. Belə futbolçu yetişdirmək olmaz.
- Qeyd etdiyin problemləri əsas milimizə baxanda da görürük. Öz yetişdirdiyimiz 11 nəfər yerli futbolçunu tapa bilmirik.
- Legionerlərin yerinə bizim öz futbolçularımız oynasa, millidə heç bir fərq olmayacaq. Yəni, geriləməyəcək. Guya Filip Ozobiç gələndən sonra biz qalib gəlmişik? Onun yerində Namiq Ələsgərov, Rüfət Dadaşov, Ramil Şeydayev də oynaya bilər. Ozobiç bizə nəyə görə lazımdır, nə gətirdi?
- Yəqin ki, bu addımlar tez-bazar nəticə əldə etmək üçündür.
- Axı, tez-bazar nəticə də yoxdur (gülür). Onda Ozobiç kimi legionerləri gətirməyin nə mənası var?
- Millimizin baş məşqçisi Canni de Byazi hələ də stabil heyət formalaşdıra bilməyib. Bununla bağlı nə düşünürsən?
- Milliyə Ukraynadan, Türkiyədən, Rusiyadan gələn futbolçularımız var. Əgər De Byazi onların potensialını seçmə mərhələnin sonunda gördüsə, mənim ona heç bir sözüm yoxdur. Millimizin De Byazi ilə ilk oyunu heç vaxt yadımdan çıxmaz. Həmin vaxt məşqçilər korpusunda olanlardan hamısı De Byazinin arxasında nə isə deyirdi, qışqırırdı. Belə bir halda olan milli necə nəticə qazansın? Bu o deməkdir ki, baş məşqçi nə edəcəyini bilmir, onun yanındakılar yol göstərir. Məşqçilərdən biri Təmkin Xəlilzadəyə geri qayıt, o biri isə qabağa qaç deyirdi. Mən həmin oyuna getmişdim. Matçın videosuna da baxsalar, görəcəklər ki, Vaqif yalan danışmır. Mən olanı deyirəm. Özümə nə isə qazandırmaq üçün danışmıram.
- Əsas millimizin futbolçu bazası sayılan U-21 millimiz isə dünən Sumqayıtda Xorvatiyaya 1:5 hesabı ilə uduzdu.
- Siz gördünüz ki, U-21 yığmamızdan kimsə əsas milli komandada oynaya bilər? Mən görmürəm. Bəlkə də var. Amma oyunlardan görünmür. Nə deyək? Oynayırlar, amma bir nəfər də seçilə bilmir. Bu U-21 millimiz üçün tətbiq edilən limitlər də heç nəyə lazım deyil. O vaxt aşağı yaş qruplarında oynayan futbolçulardan Maksim, Əfran, Rauf və digərləri 17-18 yaşlarında hamısı milli komandada çıxış edirdilər. İndi bəs U-21-də elə futbolçular varmı ki, milli komandada oynasın? Futbolçu yetişmir, yetişməyəcək də. Siz jurnalistsiniz, gedin, baxın, görün ki, bu uşaqlar necə məşq edir. Sonra qərar verin ki, biz inkişaf edirik, ya etmirik.
- Deməli, hər şeyin kökündə uşaq futbolu durur?
- Məsələ 100 yox, milyon faiz bundan ibarətdir. Braziliyalılar bizim kimi deyil, onlar aclıqdan öləndə də istəyirlər ki, futbol oynasınlar. Bizdə isə bu cür heç vaxt futbolçu yetişməyəcək. Bizim uşaq futbolumuz var, amma yox kimi bir şeydir. Avropa klublarına baxsaq, görərik ki, aşağı yaş qruplarına nə qədər pul ayırırlar. Bizdə isə əsas milliyə 10 manat ayırırlarsa, uşaq futboluna 50 qəpik verirlər
. Ramiq AĞAMƏMMƏDOV
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi