“Çelsi”nin son oyunlarını izləmişəm. Əla formadadırlar, amma inanmıram ki, “Qarabağ” rəqibinə o qədər rahatlıq versin ki, istədikləri oyunu göstərsinlər”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov deyib.
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda sabah İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Veteran futbolçu qeyd edib ki, “Çelsi” nə qədər güclü olsa da, “Qarabağ” bu rəqibin öhdəsindən gələ bilər:
“Evdə oynayırıq, bundan maxsimum istifadə etməliyik. Qurban müəllimin bu kimi komandalara qarşı yaxşı təcrübəsi var və lazımi tapşırıqları verəcək. Qalır komandanın meydanda bu tapşırıqların öhdəsindən gəlməyi. “Çelsi”nin əks hucumlarında diqqətli olmalıyıq. Rəqibin heyətində Ceymi Qittens kimi sürətli futbolçu var. İlk hissədə oyuna nəzarəti itirməsək, sərfəli nəticə qazana bilərik”.
V.Nadirov “Qarabağ”ın keçirdiyi hər 3 oyunda çox yaxşı təsir bağışladığını deyib. O, bu görüşlərə əsasən komandanın Liqa mərhələsini orta pillələrdə tamamlamaq gücündə olduğunu bildirib: “Benfika” üzərində qələbəni tarixi qələbə adlandırardım. Çünki hamımıza bəlli olduğu kimi Portuqaliya nəhəngi sıradan bir komanda deyil. Bu qələbə bir növ rəqiblərə həyacan siqnalı idi. “Kopenhagen” də bu il göz oxşayan mövsüm keçirib. Hiss olunurdu ki, Bakıdakı oyunda ilk dəqiqələrdən hücuma atılıb qol və qollar vurmaq istəyirlər. Amma hər şey tam başqa cür cərəyan etdi. “Atletik”lə qarşılaşmada da “Qarabağ” yaxşı çıxış etdi.
Bu görüşlərdən sonra həm “Qarabağ”ın özündə inam yaranıb, həm də futbol ictimaiyyəti və azarkeşlərdə. Amma növbəti rəqiblərimiz olduqca çətindir. Yenə də düşünürəm ki, bundan sonrakı görüşlərdən 4-7 xal ala bilərik. Futbolçular meydanda canlarını qoymalıdırlar. Bu xarakter isə onlarda var. Bir sözlə, verilən tapşırıqlar düzgün icra olunsa, “Qarabağ” top klublara qarşı rahat oynamaq gücündədir. Komanda bunu bütün dünyaya sübut edib”.
Ramiq Ağaməmmədov
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı