“Turan Tovuz” 5 aylıq fasilədən sonra doğma arenaya qayıtdı. Komanda Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı”nı Tovuz şəhər stadionunda qəbul etdi.
Stadionun süni ot örtüyünün təbii ilə dəyişidirilməsinə görə bölgə klubu ev oyunlarını bu mövsüm “Azərsun Arena”da keçirirdi. 161 gündən sonra öz meydanında qayıdan Tovuz təmsilçisinin oyununda isə mövsümün azarkeş rekordu qeydə alındı. Matçı tribunalardan təqribən 5800 azarkeş izlədi.
Tovuz şəhər stadionunun xalçaya bənzəyən yenilənmiş ot örtüyünün görüş başlayandan sonra futbolçulara müəyyən çətinliklər yaşatmasının da şahidi olduq. Yeni salınmış qazonun qopan hissələri hər iki komandanın işini çətinləşdirdi.
Məsələ ilə bağlı QOL.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev bildirib ki, dərhal ot örtüyündə bərpa işlərinə başlanılıb və növbəti ev oyununa kimi qazonu hazır etməyə çalışırlar:
“Mütəxəssislər də ilk oyunda belə halın normal olduğunu bildirdilər. Oyun bitdikdən dərhal sonra bərpa işlərinə başlanılıb. Yeni xüsusi texnikalar da iş prosesinə cəlb olunub. Mütəxəssislər növbəti oyuna kimi meydançanı tam hazır vəziyətə gətirmək üçün çalışırlar. Ən vacib məqam hava şəraitinin də uyğun olmasıdır. Dayanmadan iş gedir”.
Qeyd edək ki, hazırda çempionatın lideri olan “Turan Tovuz”un növbəti ev oyunu Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”yə qarşı olacaq. Görüşün dəqiq vaxtı açıqlanmasa da, oyun noyabrın 28, 29, yaxud da 30-da keçiriləcək.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı