Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo "Mançester Yunayted"in əfsanəsi Ueyn Runinin Lionel Messini ondan daha üstün görməsinə münasibət bildirib.
QOL.az xəbər verir ki, bir neçə gün əvvəl Runi Kriştianodan nifrət etmədiyini, lakin Messinin daha yaxşı futbolçu olduğunu söyləyib.
Ronaldo isə Runinin açıqlamasına reaksiya verib. 40 yaşlı forvard bu fikirlə razılaşmadığını deyib:
"Problem yoxdur. Runi istədiyini söyləyə bilər. Amma onun fikirləri ilə razı deyiləm. Təvazökar olmayacağam. Messinin məndən üstün olduğunu düşünmürəm".
Qeyd edək ki, futbol tarixinin son 20 ilində Kriştiano Ronaldo və Lionel Messi müqayisələri davamlı olaraq ön plana çıxır. Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. Ulduz hücumçu karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real", "Yuventus" kimi klubların formasını geyinib.
Messi isə 2005-ci ildən Argentina millisinin şərəfini qoruyur. Hazırda "İnter Mayami"də çıxış edən 38 yaşlı forvard karyerası ərzində "Barselona" və PSJ-də də oynayıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı