“Oyun çətin keçdi. Komandamız heç də yaxşı çıxış etmədi. Rəqib isə əksinə, çox gözəl təsir bağışladı. Hesabda önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Yekunda xalsız qaldıq. Belə görünür ki, bu vəziyyəti dəyişmək üçün daha çox çalışmalıyıq”.
QOL.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Misli Premyer Liqasının 10-cu turunda “Sumqayıt”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, müdafiədə müəyyən səhvlərə yol verdiklərini bildirib: “Qol vurmaq baxımından problemimiz yoxdur. Son 3 görüşdə 6 qol vurmuşuq. Lakin qapımızdan da çox top buraxırıq. Halbuki komandamızda səviyyəli futbolçular cəmləşib. Bununla belə, “Sumqayıt” iki dəfə məhz səhvimizdən sonra fərqləndi. Bu, heç də yaxşı hal deyil”.
Santos Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonundan razılıq edib: “Stadion çox yaxşıdır. Qarşıdakı iki ev oyunumuzu burada keçirəcəyik. Bununla belə, mənim üçün “Liv Bona Dea Arena”da (stadionda təmir işləri gedir - red.) oynamaq daha rahatdır. Lakin indiki məqamda əlimizdən nəsə gəlmir. Qarşıdakı iki ev matçımız Sumqayıtdadır və qələbə qazanmalıyıq”.
Braziliyalı futbolçu növbəti turda “Karvan-Yevlax”a mütləq qalib gəlməli olduqlarını vurğulayıb: “Bu məğlubiyyəti unutmalıyıq. Məşqlərdə çox ciddi hazırlaşmalıyıq. “Karvan-Yevlax” heç də zəif rəqib deyil. Lakin onlara mütləq qalib gəlməliyik. Həmin matçda 3 xala çox ehtiyacımız var”.
F.Santos “Araz-Naxçıvan”ın potensialının yüksək olduğunu söyləyib: “Bunu mövsümün əvvəlində Konfrans Liqasında göstərdik. “Aris”ə qarşı oyunları çox yaxşı keçirmişdik. Komandamızın potensialı yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verir. Sadəcə hazırda bəzi itkilərimiz var. Bu da çıxışımıza təsirini göstərir”.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi