"Səbail"in müdafiəçisi Urfan Abbasov Azərbaycan Premyer Liqansının 23-cü turunda "Qarabağ"la keçirilən oyundan (1:1) sonra Qol.az saytına müsahibə verib.
- "Qarabağ"la heç-heçə haqda fikirlərinizi bilmək istərdim.
- Oyunun ağır keçəcəyini bilirdik. Çempionatın 2 fovariti varsa, biri "Qarabağ"dır. Doğma meydan amilindən istidə edib xal almaq istəyirdik, buna da nail olduq. Yaxşı müdafiə olunduq, uşaqlar can qoydu. Ramazan ayına görə komandanın yarıdan çoxu oruc tutmuşdu. Şükürlər olsun ki, xal aldıq. Bizim üçün yaxşı nəticədir.
- 2 aydır maaş almırsınız. Maaş almayan futbolçular oyuna necə köklənir?
- Hər kəs bilir ki, maaşsız çətin olur. Bəli, 2 aydır demək olar maaş almırıq. Lakin mütəmadi olaraq müəyyən miqdarlı bonuslar verilir. Maddiyyat önəmlidir, amma biz öz oyunumuzu oynamaq üçün meydana çıxırıq. Bu, bizim işimizdir. Əlimizdən gələn budur, bunu da edirik.
- Növbəti tur autsayder "Keşlə" ilə qarşılaşacaqsınız...
- Yenə meydana qələbə üçün çıxacağıq. Amma bu il çempionat elə dövr edir ki, "Sabah", "Keşlə", bizim komanda demək olar potensiala malikdir. Hardasa, kimsə hansına məqamda üstündür. O başqa məsələ. Xal fərqini də özünüz görürsünüz. Bir qələbə 2-3 pillə irəli apara bilir. Dediyim kimi, hər bir komandaya qarşı ciddi hazırlaşırıq. "Keşlə" ilə oyunda şans var ki, ilk beşliyə düşək. İndiki məqamda bizə xal lazımdır.
- Mövsümün sonuna az qalıb. "Səbail"in gələcək taleyi barədə nə deyilir?
- Növbəti mövsümlə bağlı iclaslarda baş məşqçi Aftandil müəllim bizə yaxşı olacağını deyir. Bizə konkret söz deməyiblər. Amma yaxşı olacağına dair söz veriblər. Gerisini zaman göstərəcək.
- Müqavilən bitir. Komandada qalmaq fikrin var?
- Bəli, müqaviləm 1 aydan sonra bitir. Təkliflər olsa, seçim edəcəm. Bəlkə, "Səbail"in təklifi yaxşı oldu. Hazırda heç bir təklif yoxdur. Ümid edirəm ən yaxşısı olar.
Ağa DADAŞZADƏ
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”