"Yenidən futbol həyəcanı qayıtdı. Bu gün meydanda hər iki komandanın istəkli olduğu görsəndi. Maraqlı oyun alındı. Hər iki hissədə qol epizodları yarandı. Səhvlər də oldu, bunlar bizə istədiyimiz sonluğu gətirməyə imkan vermədi. Amma futbolçulardan razıyam, çətinmədən oynadılar".
Qol.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi"yə evdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, rəqib təcrübəli futbolçuları və yeni baş məşqçisi Samir Abasovun oyun üslubu sayəsində öz sözünü deyir: "Bu matç bizim üçün göstərici deyil. Rəqibin qarşıdakı hədəfləri bizdən fərqlənir. Amma o demək deyil ki, kimdənsə çəkinək. Ən azı bir xal qazana bilərdik. Səhvlərdən qollar buraxdıq. Futbolçular ikinci qoldan sonra daha da irəli atıldılar. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram".
Baş məşqçi deyib ki, 1:2 hesabı ilə geriyə düşəndə hesabla barışmaq istəməyiblər: "Neftçi"nin yüksək səviyyəli oyunçuları var ki, matçın taleyini həll etdilər".
Hacıyev komandasını qarşıda ağır qrafikin gözlədiyini də vurğulayıb: "3 gün sonra Zaqatala ilə matça hazırlaşacağıq. İlk hissədə son saniyələrdə qol buraxmaq futbolçulara təsir etdi. Futbolçuların fiziki durumu da hamısında eyni deyil. "Neftçi"yə qarşı isə hər xırda detal önəmlidir. İki qoldan sonra nə qədər çalışdıq, amma alınmadı. Qol epizodları yaratsaq da, yararlana bilmədik. Tək Əfran İsmayılov yox, digər oyunçular da səhv etdilər. Bəzən sonluq istədiyimiz kimi alınmır".
Baş məşqçi bəzi gənc oyunçuların qeyri-sabit oynamasına da münasibət bildirib: "Turan Manafov U-21-də oynayır, amma digərləri millidə yoxdur. Çalışırıq ki, onları qazanaq. Bu gün hazır olmayana şans vermirik. Əfran bu mövqedə ən yaxşıdırsa, cavanlar üçün utancvericidir. Komanda sayı çox olsaydı, onları digərlərinə oynamaq üçün icarəyə verərdik. Gənclərlə bağlı problemlər var".
Hacıyev transferlərin gecikməsini bu cür əlaqələndirib: "Klubda bunu görən şəxslər olmalıdır, amma bizdə məşqçilərin üzərinə yük düşür. Şərtlər də çətindir. Hər futbolçu gəlmir. Seleksiya işimiz nəticəsində gec də olsa, istədiyimiz oyunçuları cəlb edirik. Birini yekunlaşdırmışıq, biri də yoldadır. Müdafiəçi də almaq istəyirik. Mən də istəyirəm ki, yaxşı, keyfiyyətli və bahalı futbolçular alaq. Məcburuq ki, vəziyyətə uyğun hərəkət edək. Tez bir zamanda müdafiəçi və dayaq yarımmüdafiəçisi almaq niyyətindəyik".
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas