"Vuruşduq, alınmadı" - "Sabah"ın futbolçusu

"Vuruşduq, alınmadı" -  "Sabah"ın futbolçusu
PREMYER LİQA 30 Sentyabr 2018 / 00:24 2788
-  A +

“Deyə bilərəm ki, çox gözəl oyun oldu. “Qarabağ” çox yaxşı komandadır. Kifayət qədər ustalıq səviyyəsi yüksək futbolçuları var. Buna baxmayaraq, biz oyunun sonuna qədər mübarizə apardıq, vuruşduq. Hər bir komanda yoldaşıma mübarizəsinə görə təşəkkürümü bildirmək istəyirəm. Biz bu gün vuruşduq, alınmadı, məğlub olduq. Amma qarşıda oyunlarımız var. “Neftçi” ilə matçda ən azı 1 xal qazanmalıyıq”

Qol.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın futbolçusu Filip İvanoviç Topaz Premyer Liqasının 6-cı turunda öz meydanlarında “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, özünü “Sabah”da çox yaxşı hiss etdiyini söyləyib: “Biz yeni qurulmuş komandayıq. Buna görə, bəzən anlaşılmazlıqlar, səhvlər ola bilər. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq. Düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr qazanacağıq. “Sabah”da özümü çox yaxşı hiss edirəm. Komanda yoldaşlarım, ümumilikdə, klubda çalışan hər kəs mənimlə çox yaxşı rəftar edir. Bu gün stadiona gələn həm bizim, həm də rəqib azarkeşlərə də çox sağ ol deyirəm. Ümid edirəm, hər matça bu qədər azarkeş gələcək”.

26 yaşlı müdafiəçinin sözlərinə görə, "Sabah”ın avrokuboklarda iştirak etmək imkanının olmaması motivasiyaya mənfi təsir etmir: “Avrokuboklar haqda düşünmürük. Ancaq növbəti oyunlarımızı fikirləşirik. Hər matça fərqli şəkildə hazırlaşırıq və oyunlara tam olaraq köklənirik”.

F. İvanoviç son olaraq, Premyer Liqada borbardirlər yarışında birinci olan komanda yoldaşı Marko Deviç haqda da danışıb: “Marko çox yaxşı hücumçudur. Ancaq digər futbolçularımız da qol vurması üçün Markoya kömək etməlidilər. Bu zaman o, daha çox fərqlənə bilər”.

Son xəbərlər