“Zirə” Topaz Premyer Liqasının VI turunda sabah səfərdə “Sumqayıt”la qarşılaşacaq.
Qol.az-ın paytaxt klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Bu matç rəqiblər arasında 13-cü qarşılaşma kimi tarixə düşəcək. Premyer Liqa çərçivəsindəki bu oyunlar son üç mövsümə təsadüf edib.
“Qartallar” bu matçlarda üstünlüyə malikdir. Hesabında 6 qələbə olan komanda 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 15 top keçirən “Zirə”10 qola üzülüb.
“Zirə” – “Sumqayıt” matçlarının ən yaxşı bombardiri Vüsal İsgəndərlidir. O, “Gənclik şəhəri” təmsilçisinin qapısından 3 top keçirib. Onun komanda yoldaşlarından Riçard Qadze və Sadio Tounkara, həmçinin sumqayıtlıların heyətində çıxış etmiş Mirabdulla Abbasov hərəyə 2 dəfə fərqlənib. Duellərdəki yeganə dublun müəllifi də Vüsaldır. Komandaların hərəsinin passivində bir avtoqol da var. Cari mövsümdən “Zirə”də çıxış edən Pərdis Fərcad-Azad rəqib qapısına yol tapsa, hər iki komandanın heyətində əks tərəfi məyus edən ilk oyunçu olacaq. Onun kimi baş məşqçi Samir Abasov da sabiq komandasına qarşı duelə çıxacaq. Əvvəlki 12 matçdan 11-də “Sumqayıt”a məhz Abasov rəhbərlik edib.
Maraqlıdır ki, komandalar arasındakı son 5 görüşdə hər iki tərəf qol sevinci yaşayıb. “Zirə” isə 6 qarşılaşmadır meydanı qolsuz tərk etmir. 7-ci dəfə “Sumqayıt”ın qonağı olacaq “Zirə” səfərdə də üstünlüyə malikdir. Hesabında 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət olan qəsəbə klubu top fərqində öndədir – 6:5.
Yamal onu təhqir etdi
Modriç Messiyə çatdı
Fransa - Türkiyə matçının heyətləri açıqlandı
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
1-ci liqada həftənin hakimləri məlum oldu
Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
“Marafon” və “Ağstafa Gəncləri”ndən böyükhesablı qələbə
Əfsanələrin dueli 11 qolla yadda qaldı
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi
“Çelsi” yenidən şansını yoxlayacaq
Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
Zidan Türkiyə ilə oyun öncəsi nikbinliyini qoruyur
“Portuqaliya ən böyük futbolçularından birini itirib”
Poçettino “Mançester Yunayted”də ilkə imza ata bilər
“Tottenhem”dən ayrılmaq qərarına gəldi
“Barselona” Ferminə görə 100 milyonluq təkliflər alıb
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Yayda "Neftçi"dən ayrılan hücumçu bu kluba keçdi
"Qarabağ"ın qapıçısı İsveç millisinə qarşı oynadı
Portuqaliya millisi üç futbolçusunu itirdi
Yüksək hərarətə görə İspaniya millisindən ayrıldı
“Qarabağ”ın futbolçusu Meksika millisinə qol vurdu - Video
Aleksey Kaşuk Ukrayna millisində debüt etdi
Portuqaliya son 12 ilin ən ağır məğlubiyyətini alıb
Azərbaycan milliləri yenə böyük hesabla uduzdu
Ronaldinyo 46 yaşında da heyrətləndirdi - Video