Topaz Premyer Liqanın 6-cı turunda səfərdə “Qəbələ”nin qonağı olacaq “Keşlə” oyuna ciddi itkilərlər çıxacaq.
Klubdan Qol.az-a verilən məlumatına görə, ötən turun “Sumqayıt”la oyununda (1:2) zədələnən Sərtan Taşkınla qırmızı vərəqə alan Andre Klennon Qəbələdəki matçda forma geyinə bilməyəcəklər.
Qeyd edək ki, sabah keçirləcək “Qəbələ” – “Keşlə” görüşü 18:00-da başlayacaq.