"Mükafatı Messiyə deyil, Ronaldoya vermək ruhumu yaraladı" - Maradona

"Mükafatı Messiyə deyil, Ronaldoya vermək ruhumu yaraladı" -  Maradona
GÜNDƏM 25 Oktyabr 2017 / 14:12 4798
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Real"ın oyunçusu Kriştiano Ronaldonun ilin ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.

Qol.az-ın İspaniya mətuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçuya  mükafatı təqdim edən  veteran hücumçu Messinin ən yaxşı oyunçu seçilmədiyi üçün üzüldüyünü deyib:

"Messi ilə uzun müddət sonra görüşmək fantastik idi. Onunla danışdım və nə qədər sevdiyimi dedim. O, daha uzun illər futbola xidmət edəcək. Ancaq "The Best" mükafatını ona deyil, Ronaldo'ya vermək ruhumu yaraladı".
 
Qeyd edək ki, Ronaldo ötən mövsüm də dünyanın ən yaxşı futbolçusu seçilmişdi.

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır