“Qarabağ”ın futbolçusu Almaniyada əməliyyat olunacaq

“Qarabağ”ın futbolçusu Almaniyada əməliyyat olunacaq
GÜNDƏM 25 Oktyabr 2017 / 00:00 5043
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun aparıcı futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq.

Qol.az xəbər verir ki, millimizin müdafiəçisinin əməliyyatı ölkə xaricində reallaşacaq.

Belə ki, ÇL-in qrup mərhələsinin III turunda "Atletiko" ilə matçın (0:0) son dəqiqələrində zədə alan oyunçu Almaniyada yüngül əməliyyat keçirəcək. Onun yaxın 1-2 gün ərzində əməliyyat masası arxasında uzanacağı gözlənilir.

Hüseynov əməliyyatdan sonra bir müddət istirahət etməli olacaq. Həkimlər onun təxminən 3 həftədən sonra fərdi məşqlətə başlayacağını məqsədəuyğun sayıblar.

Qeyd edək ki, Hüseynov bu gün Almaniyaya yola düşəcək (Futbol11).

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu