AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin Qol.az saytına müsahibəsi
- Əvvəlcə "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində dünən "Kopenhagen"ə qalib gəldiyi oyun haqda fikirlərinizi bilmək istərdik.
- "Qarabağ" Azərbaycanda bir nömrədir də, bunu hamı bilir. Azərbaycanda heç bir komandanı "Qarabağ"la müqayisə etmək mümkün deyil. "Kopenhagen" kimi komandanı uddu. "Kopenhagen" neçə illərdir Çempionlar Liqasında çıxış edir. Çox təcrübəlidirlər. Belə komandanı məğlub etmək asan məsələ deyildi.
- "Qarabağ"ın qrup mərhələsinə yüksəlmək şansını necə görürsünüz?
- "Qarabağ"ı daha şanslıdır. Danimarkada qolsuz heç-heçə də "Qarabağ"a sərf edir. İnanıram ki, yaxşı olacaq. Bir komandanı evdə məğlub etmisənsə, bunu səfərdə də bacarmaq olar.
- Ancaq "Kopenhagen" evdə güclü oynayır. 3-cü təsnifat mərhələsində "Vardar"a da səfərdə uduzsalar da, evdə qalib gələrək mərhələni keçmişdilər.
- Yox, "Qarabağ" öz oyununu ortaya qoysa, səfərdə də çətinlik çəkməyəcək.
- "Qarabağ"ın heyətində yerli futbolçulardan kimin oyununu bəyəndiniz?
- Bədavi Hüseynovu qeyd edərdim. Müdafiədə keçilməz sədd yaratışdı. Maksim Medvedyev də həmçinin. Ən çox da Mahir Mədətovdan danışmağa dəyər. Bu cavan uşaq belə oyunda qol vurursa, deməli, o, böyük işlərə qadirdir. Qara Qarayev də gözəl oynadı.
- Yeni transferlərin oyunu haqda nə düşünürsünüz?
- Təəssüflər olsun ki, indi "Qarabağ"da əvvəlki legionerlər yoxdur. Bu gün Almeyda da əvvəlki kimi oynamır. Səbəbini bilmirəm. Ancaq Almeydanın bugünkü zəif oyunu bizim bir çox futbolçuların güclü oynamağından yaxşıdır. İndi "Qarabağ"da Mahir Mədətov sözünü deyir. Çox istedadlıdır. Sübut edir ki, Mahir adlı futbolçu var.
- Hamı "Qarabağ"ın yeni transferlərə ehtiyacı olduğunu düşünür. Siz də bu qənaətdəsiz?
- Xeyr. Mən fərqli düşünürəm. Bu gün "Qarabağ"ın yeni transferə ehtiyacı yoxdur. Mən "Neftçi"ni ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksəldəndə klub prezidenti Sadıq Sadıqov mənə dedi ki, neçə dənə transfer istəyirsən edək. Mən isə cavab verdim ki, transfer lazım deyil. Çünki o vaxt gələn futbolçu 3-4 ay adaptasiya prosesi keçməlidir. Ona qədər artıq olan olacaq. Onsuz da Azərbaycanın "qaymaqlar"ının hamısı "Qarabağ"dadır. Ona görə də yeni transferi məqsədəuyğun saymıram.
- Artıq Topaz Premyer Liqada yeni mövsümə start verildi. İlk turlara əsasən nə demək olar?
- Bütün oyunlara baxmışam. Gəlin açıq danışaq. Azərbaycan çempionatında rəqabət yoxdur. Bir futboldakı rəqabət yoxdur, orda inkişaf da çətin olar.
- Düşünürsüz ki, bu mövsüm də rəqabətsiz çempionat izləyəcəyik?
- Mən indidən deyirəm ki, "Qarabağ" yenə çempion olacaq. İkinci yer "Qəbələ"nindir. Əgər bunu indidən deyə biliriksə, hansı rəqabətdən danışa bilərik? Əslində az komanda ilə də rəqabət yaratmaq olar.
- Sabiq komandanız "Neftçi"dən bu mövsüm nə gözləyirsiniz? İlk turda "Qarabağ"a 1:3 hesabı ilə uduzdular.
- "Neftçi" ilə bağlı danışdıqca ürəyim ağrıyır. Mən onlara elə "Neftçi" təhvil verməmişəm. Hanı, Flavinyo, Ramos, Bertucci, Vobay, Kanales?
- İndi başqa legionerlər var.
- Nə alınıb ki? Baxıram, hamısı beşinci dərəcəli futbolçulardır. "Neftçi"yə qarşı bu hərəkət olmamalı idi. "Neftçi"ni niyə bu günə qoyurlar? Məqsədləri nədir?
- Komandanı bu durumdan necə çıxarmaq olar?
- Hökmən yeni futbolçular alınmalıdır. Bu heyətlə uzağı üçüncü olarlar. Üçüncülük də "Neftçi"yə yaraşmır.
Ramiq AĞAMƏMMƏDOV
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı