Haiti millisinin üzvü “Zirə”də

Haiti millisinin üzvü “Zirə”də
ÖLKƏ FUTBOLU 15 İyun 2017 / 18:16 6693
-  A +

Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” ikinci legioner transferini edib.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu  məlumat verib

Onun sözlərinə görə, son olaraq İsveçin “Surinska” klubunda çıxış edən Kervens Belfortla razılıq əldə olunub.

K.Belfortla artıq 1+1 şərti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, 2010-cu ildən Haiti millisinə çağırılan Kervens Belfort yığmanın heyətində 40 oyuna 16 qol vurub.

Daha çox


Son xəbərlər