"Qarabağ"ın futbolçusu Dino Ndlovu "Bakı" ilə yoxlama oyunundan (9:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az saytının əməkdaşının da iştirak etdiyi müsahibə zamanı o, matçla yanaşı, bir çox məsələlər barədə də danışıb.
- Komandanın hazırlıqları necə gedir?
- İndidən hazırlıq barədə danışmaq tezdir. Amma məşqlərimizə davam edirik, çalışırıq. Əlimizdən gələni edirik ki, oyunlara tam hazır olaq. Bunun üçün də bizə 2-3 həftə lazımdır. Bu müddətdən sonra istədiyimiz səviyyəyə çata bilərik.
- Bu matçda 5 qol vurdun. Ümumiyyətlə, “Bakı” haqqında məlumatın varmı?
- Bəli. Baxmayaraq ki, hazırda həvəskarlar liqasındadırlar, amma bir zamanlar böyük klub olması haqqında məlumatlıyam. Bu gün (dünən – red.) yaxşı oyun sərgilədilər. Əsasən gənc futbolçulardan təşkil edilmiş heyətləri var. 5 qol vurmağım barədə danışmaq istəmirəm. Əksinə həmin gənc heyəti bu gün göstərdiyi oyuna görə alqışlayıram.
- Cənubi Afrika millisinin sabiq baş məşqçisi ilə aranda problem yaşanmışdı və bu səbəbdən yığmaya çağırılmırdın. İndi baş məşqçiniz dəyişilsə də, yenə də milliyə dəvət olunmursan...
- Hazırda mən Azərbaycanda oynayıram. Millimizin digər hücumçuları isə Fransada, Türkiyədə oynayır. Hətta ölkə çempionatımızda da güclü hücumçu var və qollarını sıralayır. Sizcə, hansı baş məşqçi elə çempionatlarda çıxış edən hücumçunu deyil, nisbətən zəif çempionatda oynayan futbolçunu milliyə dəvət edər? Amma buna baxmayaraq, baş məşqçi ilə danışığım olub və o, mənə deyib ki, indiki kimi davam etsəm, qollarımı sıralasam, milliyə çağırılma şansım olacaq. Azərbaycanı, klubumu sevirəm, hörmət edirəm, amma digər ölkələrlə müqayisədə bizim çempionatımız bir az zəifdir.
- Adı “Qarabağ”la hallanan Tokelo Rantie ilə yaxınsan. Onunla “Qarabağ”a keçmək barədə söhbət etmisənmi?
- Bəli, o, mənim dostumdur. Amma bu barədə söhbətimiz olmayıb.
Məftun RƏSULZADƏ
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır