"Qəbələ" "Axmat"a uduzdu

"Qəbələ" "Axmat"a uduzdu
ÖLKƏ FUTBOLU 15 İyun 2017 / 21:51 9207
-  A +

Avstriyada təlim-məşq toplanışında olan  “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Roman Qriqorçuk komandası Rusiya Premyer Liqasında çıxış edən “Axmat”la qarşılaşıb. Matç "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mövsümü 5-ci pillədə başa vuran Qroznı təmsilçisi buna qədər “Terek” adlanırdı.

Qeyd edək ki, ilk sınaq matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.
 
15 iyun

Yoxlama oyunu
 
20:00. “Qəbələ” – “Axmat” - 0:1
Avstriya, İnsbruk

Daha çox


Son xəbərlər