Kamerunlu futbolçu "Zirə"də

Kamerunlu futbolçu "Zirə"də
ÖLKƏ FUTBOLU 14 İyun 2017 / 12:10 4408
-  A +

"Zirə" baxışa yeni futbolçu dəvət edib.

Klubdan Qol.az-a verilən məlumata görə, kamerunlu Josef Bum komandanın Boludakı təlim-məşq toplanışına qoşulub.

Mərkəz müdafiəçisi dünən "İnter"lə yoxlama matçında da iştirak edib. Bum son zamanlar oynamadığı üçün baxışa dəvət olunub. Futbolçu ilə bağlı yekun qərarı məşqçilər korpusu yoxlama görüşlərindən sonra verəcək.
 
Jozefin karyerası Türkiyə çempionatı ilə bağlı olub. O, karyerası ərzində "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarda forma geyinib.

Daha çox


Son xəbərlər