"Qarabağ"la "Bakı" iki ildən sonra yenidən üz-üzə

"Qarabağ"la "Bakı" iki ildən sonra yenidən üz-üzə
ÖLKƏ FUTBOLU 13 İyun 2017 / 18:40 6048
-  A +

“Qarabağ” növbəti mövsüm üçün çalışmalarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi gündə 1 dəfə olmaqla məşq edir.

U-21 millimizin heyətində təlim-məşq toplanışında olan 3 futbolçu -  Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov da artıq komanda ilə məşqlərə qoşulub.

Bakıdakı hazırlıq prosesində “Qarabağ” bir yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası sabah “Bakı” ilə qarşılaşacaq. “Azərsun Arena”da keçiriləcək matç saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ"la "Bakı" sonuncu dəfə 2015-ci ildə qarşılaşıb. Həmin il Premyer Liqanı tərk edən paytaxt klubu 2015/2016 mövsümündə I divizionda mübarizə aparıb. İkiqat Azərbaycan çempionu hazırda həvəskarlar liqasında çıxış edir.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner