AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- Elxan müəllim, xeyli müddətdir ki, Robert Prosineçkinin Şimali İrlandiya ilə oyundan sonra millimizdən gedəcəyi haqda məlumatlar dolaşır. Xahiş edirik, bu məsələyə konkret aydınlıq gətirəsiniz...
- Bəli, biz də mətbuatı izləyirik və etiraf edim ki, təəccübümüzü gizlədə bilmirik. Türkiyədən olan həmkarlarınız heç bir əsası olmayan informasiyanı ortaya ataraq, Prosineçkinin millimizdən gedəcəyini iddia edirlər. Ancaq rəsmi olaraq bildirmək istəyirəm ki, Robert Prosineçkinin AFFA-yla müqaviləsi var və o, heç bir yerə getmir.
- Həqiqətən Prosineçkinin dekabrın sonunadək müqaviləsi var. Ancaq iddia olunur ki, o, artıq yol üstündədir.
- Heç bir rəsmi sənədə söykənməyən iddiadır. Prosineçki dekabrın sonunadək millimizin “sükanı arxası”nda qalacaq.
- Bir halda ki, Robert yığmamızda qalır, nəyə görə azərbaycanlı jurnalistlərin verdiyi suala cavab vermək istəmədiyini bildirdi?
- Gəlin, bu məsələyə fərqli prizmadan yanaşaq. Şimali İrlandiya ilə oyuna 24 saatdan az vaxt qalmış bu cür suala cavab vermək yığma komandamızın daxili atmosferinə mənfi təsir göstərəcəkdi. Məhz bu səbəbdən də Prosineçki bu söz-söhbətə baş vurmaq istəmədi.
- Bəs, matç başa çatdıqdan sonra?
- Millimiz prinsipial qarşılaşmada üstün tərəf oldu, təzyiq göstərdi, hücumlar qurdu, qol imkanları yaratdı. Ancaq təəssüf ki, əlavə olunmuş 2-ci dəqiqədə qapısında qol görərək, acınacaqlı məğlubiyyətə uğradı. Baş məşqçi hansı hissləri keçirdi? Təsəvvür edin, oyundan 2 gün keçib, amma mən hələ də özümə gələ bilməmişəm. Görün Robert oyundan dərhal sonra hansı əhval-ruhiyyədə olub. Düşünürəm ki, yaxın günlərdə o, özü də bu suallara cavabını səsləndirəcək.
- Elxan müəllim, hətta alternativ variant da mümkün deyil? Söhbət müqavilə müddəti başa çatanadək həm millimzi, həm də “Bursaspor”u çalışdırmasından gedir.
- Mümkünsüzdür! Robert Prosineçki Azərbaycan yığmasını müqavilə müddətini başa çatan günədək çalışdıracaq. Heç bir alternativ variant da mümkün deyil!
Mənbə: sport24.az
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi