Millimiz Çexiyaya yenə uduzdu

Millimiz Çexiyaya yenə uduzdu
ÖLKƏ FUTBOLU 9 İyun 2017 / 00:00 3624
-  A +

Avstriyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Yaşar Vahabzadənin komandası yenə də çexiyalı həmyaşıdları ilə qarşılaşıb.

2 gün əvvəl 0:5 hesabı ilə uduzan yığmamız bu dəfə də meydanı məğlub tərk edib. İlk yarıda Mahir Mədətovun qolu ilə hesabda önə keçən Azərbaycan yığması, sona yaxın buraxdığı qollarla yenilgisi acısı yaşayıb.

Azərbaycan U-21 - Çexiya U-21 - 1:2
Qollar:
Mahir Mədətov, 21 (1:0), Haşek, 84 (1:1), Sevçik, 86 (1:2)

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner