«Gedenin bizim haqda mənfi fikirlər deməsini qətiyyən qəbul etmirəm. O gəlməzdən əvvəl İntertoto kubokunda iki mərhələ keçməyimiz uğur deyildimi? Özü də bununla Azərbaycan futbol tarixinə düşdük. Alman çalışdırıcının sözləri əsassızdır və o, bizə qarşı ədalətsizlik etdi». Bu sözləri Qol.Az saytına açıqlamasında «Neftçi»nin əsas heyətindən kənarlaşdırıldıqdan sonra «Qarabağ»a keçən Rəşad Sadiqov alman paytaxt klubunun alman məşqçisi Hans Yurgen Gedenin bugünkü müsahibəsinə münasibət bildirərkən söyləyib. Xatırladaq ki, Gede «Neftçi»dən çıxarılan təcrübəli futbolçuların komandaya heç nə vermədiklərini, klubda ab-havanı korladıqları barədə fikirlər səsləndirib.
R.Sadiqov komandadan çıxarılmasına baxmayaraq, «Neftçi»dən narazı qalmadığını bildirib: «Mənim gileyim baş məşqçidəndir. Gede gələndən komanda daha da geriləyib. «Neftçi»nin rəhbərliyinə gəlincə, razıyam, transfer vərəqəsini verdikdə problem yaradılmadı, sağ olsunlar». Futbolçu «Neftçi»dən təklif gəlsə, müsbət cavablandıracağını da vurğulayıb: «Neftçi»dən dəvət gəlsə, məmnuniyyətlə qəbul edərəm. Təbii ki, “Qarabağ»la müqaviləm başa çatdıqdan sonra və Gede orada olmayacağı təqdirdə».
Gedenin «Neftçi»dən uzaqlaşdırdığı və hazırda «Qarabağ»da çıxış edən digər futbolçu Elnur Allahverdiyev isə hələ dünən Qol.Az-a verdiyi müsahibədə alman məşqçinin komandaya gələndən sonra onları sıxdığını bildirib: «Mən indiyə kimi görməmişəm ki, çempionluq uğrunda mübarizə aparan komanda birdən-birə 7-8 təcrübəli futbolçunu klubdan uzaqlaşdırmaqla və onların yerinə gənc, elə də çox təəcrübəsi olmayan futbolçularla nəsə əldə edə bilsin. Bunu «Neftçi»nin turnir cədvəlindəki mövqeyi də göstərir. Komandanin bugünkü durumunun bir nömrəli günahkarı Gededir. Mən eşitdiyimə görə, o, “Özbəkistan klublarının birinin də başına bu oyunu gətirib. Hətda özbəklər onu döyüb komandadan qovublar. Ondan heç uşaq məşqçisi də olmaz. Gedenin futbol barəsində heç bir anlayışı yoxdur, o, futbolçularla dil tapmağı bacarmırdı».
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə