"Maraqlı oyun alındı. Qarşılaşma gərgin keçdi. Rəqib ilk turda "Neftçi" ilə görüşdə əzmkar mübarizə apardı. Bilirdik ki, sona qədər oynayacaqlar. Komanda üçün vacib 3 xal qazandıq. Düşünürəm ki, bunun ardını gətirəcəyik".
Bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 2-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, komandada çatışmayan cəhətlər var: "İlk oyuna görə daha yaxşı idik. Qarşıma hansısa hədəf qoymağı sevmirəm. Hər oyuna qələbə üçün baxırıq. Komanda olaraq düzgün addımlar atmaq istəyirik.
Həmişə hər şeyin ən yaxşısını istəmişəm. Mən də Avropa Liqasına vəsiqə qazanmaq niyyətindəyəm. Hədəflərə düzgün oyunla çatmaq fikrindəyəm.
Komanda şəklində yaxşı olmalı və düzgün futbol oynamalıyıq. Qələbə hər zaman şirindir, amma baxımlı oyun olanda daha yaxşı olur. Avropa arenasında daha yaxşı komandalar görə bilərik.
İstəyirəm ki, komanda böyüsün, çox keyfiyyətli futbolçularım var. Bizim komandada futbolumuzun gələcəyi olan oyunçular çoxdur. Oyunlarda daha inamlı və cəsurdurlar. Mən harada olursa-olsun, həmişə nəticə qazanmaq istəyirəm".
Gənc baş məşqçinin sözlərinə görə, bu gün xal itirə bilərdilər: "Heç kim səhvdən sığortalanmayıb. Komandamız oyunun sonunda rəqibin təzyiqinə dözdü. Futbolçular soyuqqanlı oldular və düzgün davrandılar. Hər oyunda pozitiv futbol sərgiləməyə çalışacağıq".
Sadıqov Ağabala Ramazanovun oyunda iştirak etməməsinə aydınlıq gətirib: "Ağabala iki gün öncə məşqdə zədələndi, bizim üçün gözlənilməz oldu. Futbolda zədələr var, buna hazır olmalıyıq. Ruslan Qurbanov bu gün meydanda aldığı şansdan yaxşı istifadə etdi".
Baş məşqçi Ramazanovun yığmaya çağırılmaması barədə bunları deyib: "Milli komanda elə yerdir ki, təklif ola və olmaya bilər. Səbrli davranmaq lazımdır. Onun çağırılmamasına haqsız qərar demək olmaz. Hər baş məşqçinin öz seçimi var. Səbrli olmaq, çalışmaq və baş məşqçinin etimadını qazanmaq lazımdır. Bunu bütün oyunçularıma demişəm" (Report).
Təkbaşına düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi
“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə
“Zirə”nin qələbəsi - Video
Alleqri zədəli futbolçuların durumunu açıqlayıb
“Ruan Renato Azərbaycan millisinə xeyir verə bilər”
Rəşad Sadıqov: “Belə də davam etməliyik”
"Neftçi" - "Kəpəz": Heyətlər
"Barselona"nın gözü "Arsenal"ın kapitanında
Patrik Vieyra istefaya göndərildi
Millimizin oyunlarının təqvimi açıqlandı
"Beşiktaş"ın məşqçisi dünyasını dəyişdi
Mbappe ən çox bu qolunu xatırlayır
"Karvan-Yevlax" - "Zirə": Heyətlər
Azərbaycan idmançılarının yeni reytinq sıralaması
Onların heç biri Rusiyada işləmək istəmirlər
Aaron Remzi klubundan ayrıldı
“Çelsi”dən “Qarabağ”a bildiriş gəldi
Ardıcıl ikinci dəfə La Liqada ayın oyunçusu seçildi
Poqba yenidən zədələnib
Superliqada 11-ci tur start götürüb
“Real”da ayın futbolçusu o seçildi
“Qarabağ” evdə “İmişli”ni belə məğlub etdi - Video
Cüdoçumuz Avropa çempionu oldu
Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı
Türkiyə klubunda baş məşqçi istefası
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə çağırıldı
“8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq” - Qurban Qurbanov
Məhəmməd Salaha Səudiyyə Ərəbistanından rekord təklif
"Qarabağ" “İmişli”yə qalib gəldi