"Niasse gedəndən sonra çətinlik çəkirik" - Elmar Baxşıyev

"Niasse gedəndən sonra çətinlik çəkirik" -  Elmar Baxşıyev
ÖLKƏ FUTBOLU 16 Fevral 2020 / 19:33 2245
-  A +

“Qış fasiləsindən sonra start nəticə baxımından yaxşı alınmır. Amma oyun planında komandadan razıyam. Heyətə yeni qoşulanlar var. Onların uyğunlaşması üçün müəyyən vaxt lazımdır ki, komanda daha baxımlı oynasın".
 
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 17-ci turunda bu gün səfərdə "Səbail"ə uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında deyib.

Seneqallı futbolçu İbrahima Niassenin gedişinin komandaya mənfi təsir göstərdiyini deyən çalışdırıcı gələcəkdə istədikləri nəticələri qazanacaqlarına inandığını bildirib: "Hesabı açandan sonra 3 qol buraxmağımızı sırf müdafiəçilərlə bağlamazdım. Bütün komanda şəklində müdafiə olunmağı bacarmırıq. Bizim üçün önəmli fiqur olan İbrahima Niasse gedəndən sonra bir az çətinlik çəkirik. Bu komanda oynamağı bacarır və potensiala malikdir. İnanıram ki, bir müddətdən sonra daha yaxşısını edib, nəticələr qazanacağıq. İlk gündən çalışmışam ki, hücum futbolu oynayaq. Öz fəlsəfəmi də bunda görürəm. İstəməzdim ki, komandam 90 dəqiqə müdafiədə oturub, bir şansın ümidinə qalsın. Futbol gözəlliyi sevir və gözəl futbolla nəticə qazanmaq istəyirik. Hakimlik normal idi. Bir az oyunçularıma iradlarım var ki, konsentrasiyanı itirdilər və lazımsız vərəqələr aldılar”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı