"Biz Xorvatiyayıq, dünya ikincisiyik"

"Biz Xorvatiyayıq, dünya ikincisiyik"
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2019 / 14:12 4036
-  A +

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç Avro-2020-nin seçmə mərhələsində bu gün Azərbaycanla keçiriləcək oyun öncəsi ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az xəbər verir ki, o, Bakıya yalnız qələbə üçün gəldiklərini bildirib.



- Slovakiya ilə oyundan sonra qələbəni necə qeyd etdiniz? Bu cür qələbədən sonra yuxuya getmək çətinləşir?

- Deməzdim ki, qələbəyə təəccübləndim. Bizdən gözlənilən də bu idi. Ola bilər ki, bu, insanlar arasında təəccübə səbəb olsun, çünki biz Slovakiyaya itkilərlə getmişdik. Bununla belə əla oyun nümayiş etdirdik. Qarşıda oyunlarımız var. Azərbaycanla görüşdə də bu uğunu təkrarlamasaq, bizimçün Slovakiyada qazandığımız qələbənin heç bir əhəmiyyəti qalmayacaq.

- Oyunçularınız qələbəni pivə yoxsa şərabla qeyd etdilər?

- Biz kifayət qədər peşəkar komandayıq. Üç gün sonra növbəti oyuna çıxmalı olduğumuzu hamı dərk edirdi. Ona görə də kimsə qələbəni xüsusi qeyd etmədi.

- Qələbə qazanmağınız Azərbaycanla oyun öncəsi komandada inam yaratdımı?

- Qələbə qazanmağımız bizə əlavə ruh yüksəkliyi verdi. Şadam ki, komanda ilə bağlı gəzən söz-söhbətlərə bu qələbə ilə son qoymağı bacardıq. Millidə qazanılan bir qələbə səni göylərə qaldırdığı halda, məğlubiyyət insanı yerə çırpır.

- Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçlə hansı xatirələrin var?

- Biz onunla uzun müddətdir görüşmürük. Məlum məsələdir ki, o, güclü mütəxəssisdir. Vaxtı ilə Slaven Biliçlə bir yerdə güclü liqalarda məşqçi kimi çalışıb. Bunlar yüksək göstəricilərdir.

- Xorvatiya Azərbaycanla Bakıda bir dəfə qarşılaşıb. Həmin vaxt Azərbaycanın baş məşqçisi Robert Prosineçki idi. O oyunda komandanız heç-heçə etmişdi. Bu halın yenidən təkrarlanacağından qorxursunuz?

- Milli komanda olaraq heçnədən qorxmuruq. Biz Xorvatiyayıq, dünya ikincisiyik. Özlərini sübut etmək istəyən rəqibə hörmət edirik. Qorxu bizə yad hissdir. Bu matçdan sonra Macarıstanla qarşılaşacağıq. Onlara da qalib gəlib finala yüksəlmək istəyirik.

- Xorvatiyadakı oyunda Azərbaycana çətinliklə qalib gəldiniz. Bu, komanda üçün xəbərdarlıq ola bilər?

- Düşünürəm ki, bu, komandaya yaxşı siqnaldır. Mənimçün komandaya məsləhət vermək çətindir. Gərək çalışıb, Slovakiyadakı oyunu təkrarlayaq. Hər şey özümüzdən asılıdır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın