Ötən həftə yazdığım “Budurmu, “Neftçi”nin peşəkarlığı?” başlıqlı yazının bu qədər ajiotaj doğuracağını gözləməzdim. Daha doğrusu, paytaxt klubundan etiraz olacağını təxmin etmişdim. Amma bu dərəcədə də yox.
Öncə klubun vitse-prezidenti Tahir Süleymanov mətbuata müsahibə verərək “bizi qeyri-peşəkarlıqda ittiham edənlər qaydaları açıb oxusunlar” fikrini səsləndirdi. Daha sonra “Neftçi”nin mətbuat xidmətinin əməkdaşı Gündüz Abbaszadənin imzası ilə klub adından redaksiyamıza etiraz məktubu gəldi. Orada da FİFA-nın qaydaları və “Neftçi”nin bu qaydalara uyğun hərəkət etdiyi vurğulanır. Hər iki şəxslə çox yaxşı münasibətim və hər ikisinə böyük hörmətim var. Həm Tahir müəllimlə, həm də Gündüz qardaşımla razıyam, bəli, FİFA qaydalarına görə klubu ilə müqaviləsi bitmək üzrə olan istənilən futbolçu bitimə 6 ay qalmışdan istənilən klubla danışıq apara bilər. Bu qaydalardan mənim də xəbərim var və yazının sonunda da bunu göstərmişəm. Amma FİFA qaydalarının mənim yazıma nə dəxli var, bax, bunu anlaya bilmirəm. Məgər, mən “Neftçi”ni hansısa qayda pozuntusunda ittiham eləmişəm ki, mənə FİFA qaydalarını xatırladırsınız? Bəlkə yazımda “Neftçi” Rəşad Sadiqovla qanunsuz danışıqlar apararaq, FİFA qaydalarını pozdu” deyə iddiada bulunmuşam?
Hüquqi cəhətdən “Neftçi”ni heç bir məsələdə ittiham eləmədiyim halda mənə qaydaları xatırlatmağa nə gərək var? Bəli, qaydalara görə, “Neftçi” heç bir yalnışlığa yol verməyib. Mənim etirazım məsələnin mənəvi tərəfi ilə bağlıdır. Yəni, “Neftçi” “Qarabağ”ın çətin günlərində onun kapitanı ilə klubundan xəbərsiz danışıq aparıb, razılığa gəlməklə qarşı tərəfə hörmətsizlik edib. Fikrimcə, bu, peşəkar kluba yaraşan hərəkət deyil. Kimsə məni peşəkarlıqla etikanı qarışdırmaqda günahlandırmasın. Ona qalsa, gərək, həmin şəxslər yerdə qalan rəqibə görə topu auta çıxarmayıb gedib qol vuran futbolçunu da tənqid etməsinlər. Çünki heç bir qaydada belə şey yazılmayıb. Məncə, fikrimi hamıya çatdıra bildim.
İndi gəlim, məsələnin ikinci tərəfinə. Bu dəfə artıq “Neftçi”ni etik yox, hüquqi cəhətdən peşəkar olmamaqda ittiham etməyə haqqım var. Niyə? Bildiyiniz kimi, paytaxt klubu Ağdam klubunun daha bir futbolçusu olan Əfran İsmayılova da təklif göndərərək onu heyətində görmək istədiyini deyib. Elə Əfran özü də saytımıza açıqlamasında bunu təsdiqləyib: “Bəli, həqiqətən də “Neftçi” klubundan mənə təklif gəlmişdi və onlar məni öz heyətlərində görmək istəyirdilər. Lakin mən təklifdən imtina elədim. Çünki “Qarabağ”la 1 illik müqaviləm var, buradan heç hara getmək haqda düşünmürəm. Bunu “Neftçi” tərəfinin də nəzərinə çatdırdım və dedim ki, təklifiniz üçün çox sağ olun, amma mənim irəlidə “Qarabağ”la qazanmalı olduğum uğurlar var”.
Yaxşı, qaydalarla danışırsınızsa o zaman mən də qaydalarla danışacağam. Əfran İsmayılov ötən yay “Qarabağ”la 2 illik müqavilə imzalayıb və həmin müqavilənin 1 ili hələ də qalmaqdadır. FİFA-nın qaydalarına görə isə hər hansı bir klub başqa klubla 1 ildən artıq müqaviləsi olan futbolçunu heyətinə qatmaq istəyirsə, birbaşa həmin futbolçunun şərəfini qoruduğu kluba rəsmi təkliflə müraciət etməlidirlər. FİFA qaydaları klubdan xəbərsiz futbolçu ilə danışıq aparmağın qadağan olduğunu göstərir. Nənki danışıq, hətta həmin futbolçuya zəng edib təklif irəli sürmək də qanunsuzluq sayılır. Belə çıxır ki, indiki vəziyyətdə “Neftçi” bütün qaydaları tapdalayıb və sözün əsl mənasında qeyri-peşəkar addım atıb. Çünki başqa klubla 1 illik müqaviləsi olan futbolçuya onun klubundan xəbərsiz təklif göndərib. FİFA-nın qaydaları “Qarabağ”a “Neftçi”ni hətta məhkəməyə vermək səlahiyyəti də verir. Yəni, “Qarabağ” rəhbərliyi tam haqlı olaraq, onlardan xəbəsriz Əfranla əlaqə saxlayıb onu öz heyətinə dəvət edən “Neftçi”ni məhkəməyə verə bilər. Hə cənablar, buna sözünüz nədir?
Anar XANLAROV
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu
"Lion"u Endrik xilas etdi - Video
İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildi
Avropa Liqasında gecənin nəticələri
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video