AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib.
- Karantin günlərini necə keçirirsiniz? Koronavirusdan necə qorunursunuz?
- Evdə oluram, qayda-qanuna əməl edirəm. Bayıra çıxanda da çörək, azuqə almağa gedirəm. Maska, əlcək taxıram. Bir bəladır də. Çalışmalıyıq ki, bu bəladan az itki ilə qurtulaq. Dövətimiz də buna çalışır. Hər gün yeni qərarlar verilir. Biz də buna riayət etməliyik.
- Deyəsən, sizin üçün buna riayət etmək çətindir. Çünki yaşı 65-dən yuxarı insanların bayıra çıxmasına qadağa qoyulub. Siz isə dükana getdiyinizi dediniz.
- Bəli, ağırdır. Mən də lazım olanda çıxıram. Həmişə bayırda olan adamam. Bu gün Mərdəkandakı bağa gəlmişəm. Heç kim yoxdur, sakitlikdir, əlimdə əlcək, ağzımda maska ilə ağacları sulayıram. Sonra da evə qayıdacağam. Mən bayırda olmuram.
- Futbolsuz hayat necə keçir?
- Kanallarımız köhnə oyunları göstərir, onlara baxıram. Rusiyanın “Matç TV” kanalından oyunları izləyirəm. Belarus çempionatı gedir. Bir neçə oyunlarına baxmışam. Onların çempionatını analiz edirəm, bizimki ilə müqayisə aparıram. Belarus çempionatı xoşuma gəlmədi. “Vur qabağa” prinsipi ilə oynayırlar. Taktiki gedişləri yoxdur. Bizim bəzi oyunlar onlardan daha yaxşıdır. Demək olar ki, hər klubda afrikalı futbolçu var. Gürcüləri də görürəm. Öz-özümə fikirləşirəm ki, niyə bizim futbolçular da orada olmasın? Yəqin onlarda maliyyə zəifdir.
- Koronavirusa görə milli çempionatların ləğvi də mümkündür...
- Düzdür, idman prinsipi cəhətdən itiririk. Ancaq birinci xalqımızı düşünməliyik. Analiz edib, sonra qərar vermək lazımdır. Səhv etmirəmsə, çempionat ləğv olunsa turnir cədvəli olduğu kimi qalacaq. Yəni yerlər buna uyğun müəyyənləşəcək. Onsuz da heç bir klub “Qarabağ”la çempionluq uğrunda mübarizə apara bilməyəcək. Bunu açıq demək lazımdır. Bunu gizlətməyin mənası yoxdur. “Neftçi” və “Keşlə” öz oyunlarına görə 2-ci və 3-cü yerlərdədir. “Neftçi” mövsümün əvvəlində çempionluq uğrunda mübarizə aparırdı. Ancaq sonra nə oldu, hansı səhvlər baş verdi bunu demək istəmirəm.
Qalır Azərbaycan kuboku. Bu barədə də düşünmək olar. Elə məsələdir ki, çox fikir ola bilər. Ancaq bir qərar verilməlidir. Məsələ çox uzansa, hamıya pis təsir edəcək.
- Düşünürüsüz ki, “Qarabağ” çempion elan olunsa, heç bir klub buna etiraz etməz?
- Əlbəttə etməz. Gör, “Qarabağ” rəqiblərindən neçə xal öndədir. Mən keçən ilin oktyabrın ayında müsahibəmdə demişdim ki, “Qarabağ” çempion olacaq. Kimsə nəsə deyə bilər ki, yox düz deyil filan. Ancaq etiraz edən kluba demək lazımdır ki, bu ana qədər nə etmisən ki, bundan sonra nəsə edəsən. Reallığı demək lazımdır. Niyə özümüzü aldatmalıyıq ki? Bəzən özümə sual verirəm ki, niyə mübahisə edirik, dərinə gedirik, reallıq budur də.
Siz mənə suallar verdiniz, istəyirəm mən də soruşum ki, bəs siz necəsiniz, belə bir vaxtda nə yazırsınız?
- Demək olar ki, xəbərlərin 90 faizi koronavirusla bağlıdır.
- Bəli, hamımız təbliğat aparmalıyıq ki, bir-birimizi qoruyaq. İndi ən vacib məsələ budur. Bu da bir imtahandır. Gərək bu imtahandan üzüağ çıxaq. Nə deyim, özünüz məndən yaxşı bilirsiniz. Bu işin içindəsiniz.
Ramiq AĞAMƏMMƏDOV
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç
Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol - Video
Zamiq oynadı, komandası qalib gəldi
"Bavariya" autsayderlə oyunda xal itirdi - Video
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir