"Keşlə"nin futbolçusu Aleksandr Kristavau Azərbaycan Premyer Liqasının 17-ci turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Nəsə demək çox çətindir. Mənim burada 3-cü oyunum idi. İki vacib görüşdə məğlub olduq. Hələ ki, oyunum haqda yaxşı bir şey deyə bilmərəm. Son iki görüş çox da pozitiv keçmədi. Ona görə də nəsə söyləyə bilmərəm.
- Çempionata tez alışa bildinizmi?
- Əlbəttə ki, asan deyil. Mövsümün ortasında komandaya gəlmək və tez alışmaq, elə də asan deyil. Amma bu, mənim işimdir. Əlimdən gələni etməyə çalışacağam ki, komandaya tez bir zamanda daha çox fayda verim.
- "Keşlə"yə gəlməmişdən öncə "Sabah"ın düşərgəsində baxışda olmuşdunuz, hətta, bəyənilmişdiniz. Bizdə olan məlumata görə maliyyə məsələsinə görə anlaşma olmamışdı. Ümumiyyətlə, "Sabah"a keçid niyə alınmamışdı?
- Daha yaxşı təklif gözləyirdim. Mənim üçün çox da rahat deyildi. "Dinamo" (Buxarest) ilə müqavilə bağlamağı daha üstün tutdum.
- Azərbaycan Premyer Liqasına uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?
- Bu barədə bir söz deyə bilmirəm. Mənim üçün hazırda ən vacibi tez bir zamanda uyğunlaşmaqdır.
- İndi "Keşlə"nin vuran ayağı Frutosdur. Ən məhsuldar oyunçudur. Özünüzü onunla rəqabət aparmağa hazır sayırsınızmı?
- Frutos "Keşlə"nin əsas futbolçularından biridir. Onun burada olmağı məni daha yaxşı edir. Öz üzərimdə daha çox çalışıram. Kim əsas heyətdə oynayır, kim ehtiyatda qalır, bu, sadəcə məşqçinin qərarıdır. Mən öz oyunuma fikir verirəm. Daha yaxşı olmağa çalışıram ki, əsas heyətdə yerimi qazanım.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı