Moskvada "Bakı" ÇSKA-nın dublu ilə "Birlik kuboku"nun qrupunda qarşılaşır. ÇSKA-nın heyətində gənc Vaqif Cavadov da var. Böyük bir bayraq götürüb gedirəm oyuna. İndiyəcən heç milli komandamızın azarkeşləri sağ-əməlli şüarlar, mahnılar fikirləşə bilməyib.
Mən də ömrümdə birinci dəfədi "Bakı"nın oyununa gedirəm. Komandanın azarkeşi filanı da yoxdu. Bir tribunada tək oturub başladım Bakı haqda bildiyim bütün mahnıların nəqarətlərini var səsinlə oxumağa. Oyun manejdə olduğundan səs hər yana yayılırdı.
Düzdü ÇSKA-nın bir neçə sektor təşkilatlanmış fanat ordusu vardı. Onlar tam susan kimi başlayırdım oxumağa. Dəli olurdular)
Yüzlərlə, bəlkə minlərlə fanat üzünü mənə çevirib əllərinlə jest edə-edə bir ağızdan "Poçem arbuz?" qışqırırdı)
Xülasə, oyundan sonra gəldim soyunub-geyinmə otağına ki, jurnalist dostlarla görüşüm. Məni Hafiz Məmmədovla tanış elədilər. "Jurnalistdir" eşidən kimi əlini cibinə salmaq istədi. Dedim, gəlmişəm həmkarlarımı aparım Moskva ilə tanış edim, sağ olun, Hafiz müəllim, hər şey yaxşıdı, ehtiyac yoxdu)
Hafiz Məmmədov ürəyi geniş adamdı. Fərd olaraq Azərbaycan futboluna ondan çox pul yatıran olmayıb. Və onun ürəyi genişliyindən demək olar ki, hamı istifadə edib, onun hesabına özünə gün-güzaran düzəldib. Amma Hafiz müəllim indiyəcən Azərbaycan futboluna pul yatıran adamların içində ən doğru iş görən iki nəfərdən biri olub. Söhbət "Bakı"nın Uşaq Futbol Akademiyasından gedir ki, qısa müddətdə milli komandanın heyətinin yarısı orda yetişdi. Hələ aşağı yaşlardan ibarət millilərə verilən futbolçuları, akademiyanın yüksək liqada oynayan başqa yetirmələrini demirəm.
Hafiz Məmmədov futbolun inkişaf yolunu gözəl bilirdi, futbolun inkişafını çox istəyirdi və ən doğru işi görürdü. Bu gün onun 55 yaşı olur. Allah Hafiz Məmmədova o geniş ürəyinə görə versin!
Azərbaycan futboluna pul yatırıb düzgün iş görmüş ikinci adam isə Tale Heydərovdu. O, Azərbaycanın ən yaxşı futbol akademiyasını qurdu. Süni meydançalardan şikəst olan, məhv olan istedadlı uşaqlar üçün neçə təbii meydan, əla baza inşa etdirdi. Bəhlul Mustafazadə kimi futbolumuzun ümidləri bu akademiyada yetişdi.
Amma AFFA-ya rəhbərlik edənlər Azərbaycan futbolunda doğru iş görən, öz ağlı, pulu, bacarığı ilə uğur qazanan hər kəsə qısqanclıqla yanaşır, onlara düşmən gözü ilə baxır. Bunun nəticəsidi ki, "Bakı" klubu, futbolumuzun bu günü və gələcəyi olan o möhtəşəm akademiya ilə birgə məhv edildi. İndi eyni proses Qəbələdə gedir...
Bundan sonra Elxan Məmmədov deyir ki, futbola pul buraxan yoxdu, bütün klublar AFFA-dan maliyyələşir. Təbii ki, olmaz. Hanı "Karvan", "MKT Araz", "Xəzər Lənkəran", "Simurq" və s. Onlar ki, AFFA-dan maliyyələşmirdi. Elxan müəllim, daha bir şedevral fikri budu ki, əgər bilsəm ki, istefa versəm, milli komandamız Avropa və ya dünya çempionatının final mərhələsinə yüksələcək, istefa verərəm.
AFFA məşqçilər komitəsinin üzvü Şahin Diniyev isə deyir ki, ölkədə normal futbolçu yetişmir yaxın zamanda San Marinoya, Cəbəllütariqə uduzacağıq.
Elxan müəllim, Azərbaycan Avropa çempionatının da, dünya çempionatının da final mərhələsinə yüksələcək. Bu ölkədə futbolçular da yetişəcək. Necə ki, siz rəhbərlik edənəcən yetişirdi. Onların arasında Avropa və dünya çempionatlarının mükafatçıları da vardı, olimpiya çempionları da, yeniyetmə və gənclər arasında qitə və dünya çempionları da. Səviyyəli futbol ölkələrinin çempionları, çempionatlarının bombardirləri də öz yerində. Bundan sonra da yetişəcək! Azərbaycan futbolunda hər şey ayrılan maliyyəyə uyğun olacaq. Hər şey qaydasına düşəcək.
Siz ölkəmizi və futbolumuzu həqiqətən də zirvələrdə görmək istəyirsinizsə, qərarınızı ləngitməyin, 15 gün sonrakı iclasa belə saxlamayın.Hər keçən gün Azərbaycan futbolunu bəlkə də daha bir il geri salır...
Anar ŞABANOĞLU
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir