Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Qarabağ”la oyun dostluq matçı olmayacaq” - "Lexiya"nın futbolçusu

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ"ın yoxlama oyunundan Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
Ronaldo "Real"ın iştirak ərizəsində yoxdur
Azarkeşlər də Ronaldodan üz döndərdi - "Real"ı tərk etsin
Billiat “Qarabağ”ın təklifini qəbul edib - iddia
Robinyo Türkiyə klubu ilə danışıq aparır
Linklər
525ci Qəzet

“Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
A A A

[31.10.2017]
“Gürcülər uduzduqlarına inanmırdılar” –<b style="color:red">  millimizin ilk qələbəsi </b>
Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Milli komandamızın tarixində ilk oyunu (Gürcüstan – Azərbaycan – 6:3. 1992-ci il) və rəsmi görüşlərdə qazandığımız ilk qələbə haqda (Azərbaycan – İsveçrə - 1:0. 1996-cı il) kifayət qədər yazılar dərc olunub. Ancaq bir oyun da var ki, bu, yığmamızın qələbə sevinci yaşadığı ilk qarşılaşmadır. Söhbət 1993-cü ildə Gəncədə Gürcüstanla keçirilən beynəlxalq yoldaşqlıq matçından gedir.

Mayın 25-də üz-üzə gələn komandaların duelində yığmamız Nuqzar Lobjanidzenin avtoqolu ilə 1:0 hesablı qələbə qazanmalqa 1992-ci ildəki məğlubiyyətin (3:6) əvəzini də çıxıb.

Matçın protokolunda millimizin baş məşqçisi kimi Ələkbər Məmmədovun adı göstərilsə də, komandamızı bu oyuna o dövrdə müvəqqəti yaradılan Məşçilər Şurası hazırlayıb. Yəni bu qələbə ümumilikdə Ələkbər Məmmədovun rəhbərlik etdiyi Məşqçilər Şurasının adı ilə bağlıdır. Budəfəki mövzumuz millimizə ilk qələbəni qazandıran həmin o Məşqçilər Şurasına  həsr olunub.

İlk olaraq o dövrdə Məşçilər Şurasının üzvü olan Vaqif Sadıqova müraciət etdik. Hazırda Məşqçilər Komitəsnin sədri olan millimizin sabiq çalışdırıcısı şuranın yaranma zərurətindən və Gürcüstan üzərindəki qələbədən danışdı:

“1992-ci ildə millimiz ilk oyunda Gürcüstana 3:6 hesabı ilə uduzandan sonra baş məşqçi Əhməd Ələsgərov komandadan ayrıldı. Azərbaycan müstəqilliyinin ilk addımlarını atırdı, keçid dövrü idi. Milli komandamız da yeni yaranmışdı. Ona görə də 1993-cü ilin mart ayında qərar verildi ki, müvəqqəti olaraq Məşqçilər Şurası yaradılsın. Kazbek Tuayev, Ruslan Abdullayev, Mübariz Zeynalov, Ağasəlim Mircavadov və mənim yer aldığım şuraya Ələkbər Məmmədov başçılıq etdi. Biz yenidən Gürcüstanla beynəlxalq yoldaşlıq oyunu keçirməli idik. Qısa hazırlıqdan sonra Gürcüstanla qarşılaşdıq və qalib gəldik. Bu tarixi oyunun memarlarından biri Məşqçilər Şurası idi.

Millimizdə ən istedadlı futbolçular yer almışdı. Bakıda Buzovna stadionunda təlim-məşq toplanışı keçirdik. Daha sonra Gəncəyə yola düşdük və bir neçə gün orda qaldıq. O vaxt Gəncə futbolla yaşayırdı. Şəhərdə bayram ab-havası var idi.  Bizi çox təntənəli qarşıladılar. Stadion demək olar ki, dolu idi. Azərbaycan və Gürcüstan futbol adamlarının görüşü də çox maraqlı oldu. Oyun da maraqlı keçdi.


Vaqif Sadıqov


“Qara işlər”i Ağasəlim Mircavadovla mən görürdüm”

Məşqçilər Şurasının üzvlərinin adı kağızda çox olsa da, “qara işlər"i Ağasəlim Mircavadovla mən görürdük. İndi şura üzvlərindən bəziləri rəhmətə gedib. Ona görə də bunu demək nə dərəcədə düzgündür bilmirəm. Hər halda biz 6 nəfər idik və bizə Ələkbər Məmmədov rəhbərlik edirdi.
Onu da deyim ki, Məşqçilər Şurası yaradılanda bizə bildirilmişdi ki, Gürcüstanla oyundan sonra şura üzvləri ayrı-ayrı yığmalara baş məşqçi təyin olunacaq. Elə də oldu”.

1994-cü ildə Ağasəlim Mircavadovun milliyə baş məşqçi təyinatından sonra Məşqçilər Şurasının fəaliyyəti dayandırıldı. Mircavadovla söhbətimizdə Məşqçilər Şurasının fəaliyyəti və  gürcülərlə oyun haqda daha geniş məlumat əldə etdik. 70 yaşlı mütəxəssis 24 il əvvəl baş verənləri yaxşı xatırlayır:
“Məşqçilər Şurası yarananda yeni baş məşqçinin kim olacağı bilinmirdi. Əhməd Ələsgərovun millidən gedişindən sonra komanda başsız qalmamaq üçün tələsik Məşqçilər Şurası yaradıldı. Baş məşqçi seçmək üçün vaxt az idi. Ona görə də belə bir şura yaradıldı.

Gürcüstanla oyuna hazırlıqdan danışsam, hamıya gülməli gələr. Hansı hazırlıqdan söhbət gedə bilər? Yığıldıq Gəncəyə orda bacardığımız qədər məşq etdik.


Ağasəlim Mircavadov

Oyun günü Gəncə əhalisi çox sevinirdi. Şəhərdə gözəl ab-hava var idi. Çünki yığmamızın ilk oyununa şahidlik edəcəkdilər. Stadion da tam dolmuşdu.

Oyuna az qalmış Məşqçilər Şurasının bütün üzvləri paltardəyişmə otağında öz fikirlərini bildirdilər. Futbolçulara lazım olan təlimatlar verildi. Komandanın psixoliji hazırlığından çox şey asılı idi. Uşaqlar bilməli idi ki, Gəncəyə nəyə gəliblər. Əslində hamısı məsuliyyəti dərk edirdi. Ancaq o vaxt həvəs nə qədər böyük olsa da, milli komandanın nə demək olduğunu o qədər də yaxşı başa düşmürdülər. Düzdür, ilk qələbənin nə olduğu bizə o qədər çatmasa da oyundan sonda çox sevincli idik. Hər halda qələbə həmişə qələbədir.  



“Gürcülər uduzduqlarına inanmırdılar”

Gürcüstan millisi də tam heyətlə gəlmişdi. Onların Almaniyada oynayan futbolçuları var idi. Yəni bizim üçün kifayət qədər güclü rəqib sayılırdılar. Buna baxmayaraq, 1:0 hesabı ilə qalib gəldik. Gürcülar uduzduqlarına inanmırdılar. Çünki heyətlərində ulduz futbolçular var idi. David Kizilaşvili, Şota Arveladze, Giya Cişkariani və digərlərinin adını çəkmək olar. Onlarda legioner həyatı yaşayanlar çox idi. Qalanları isə Tiflis “Dinamo”sunda çıxış edirdi. Bizim komandamızda isə böyük istək var idi. Uşaqlara nəyisə başa salmağımıza ehtiyac qalmırdı. Komandamız qələbə üçün əlindən gələni etdi. Futbolçularımızda revanş hissi də var idi. Həmişə “Neftçi” ilə “Dinamo” (Tiflis) arasında oyunlar prinsipiallığı ilə seçilirdi. Elə həm də buna görə komandamızda qalib gəlmək istəyi çox idi. Bunun sayəsində də ilk qələbəmizi qazandıq.  Düzdür, bizə əsas oyunun keçirilməsi lazım idi. UEFA-ya üzv olmaq üçün bu görüş çox vacib idi. Ancaq qələbənin də öz yeri var. Üstəlik, bu, yığmanın ilk qələbə sevinci idi.

İndi gələn-gendən mən-mən deyir. Biz o vaxt sözün həqiqi mənasında işləyirdik. Bunu çoxları bilmir. Xəbərləri yoxdur ki, biz təlim-məşq toplanışı keçmirdik, maaş ala bilmirdik. Ancaq biz işləməli idik. Çünki ölkəmiz yeni müstəqillik əldə etmişdi. Milli komandamız formalışırdı. Çətinliklərə dözməli idik. Hər bir adam üzərinə düşən işi vicdanla yerinə yetirməlidir. Biz də öz işimizi laqyincə gördük. Düzdür, o dövrdə millimiz ardıcıl məğlubiyyətlərlə üzləşirdi, amma bunun da səbəbi ovaxtkı mövcud çətinliklərlə bağlıdır.

Biz Məşqçilər Şurasında yer alanda mən “Qarabağ”da işləyirdim. Vaqif Sadıqov “Neftçi”ni çalışdırırdı. Digərləri yadımda deyil, ancaq hamı işləyirdi. 1994-cü ilin mayına qədər yığmaya Məşqçilər Şurası nəzarət etdi. Mayda isə İcraiyyə Komitəsinin qərarı ilə məni baş məşqçi təyin etdilər.

Hazırda Məşqçilər Komitəsinin üzvü olan Mircavadov yenidən meydanlara qayıtmaq istəyir. Bunun üçün potensialının olduğunu bildirən təcrübəli mütəxəssis  oturaq işin onün üçün olmadığını deyir: “Biz indi tövsiyyələr verməklə məşğuluq. Ancaq hər adamın öz işi var. Kabinet işi mənim üçün ağırdır. Mənim işim meydançadadır. Bizim potensialımız var. Bundan istifadə etməliyik. Futbolumuza lazım olan insanları getdikcə itiririk. Sonra da deyirik niyə belə oldu?"

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

3976 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
19.12.2017  12:57 “Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
13.12.2017  14:16 "Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
28.11.2017  12:09 Biz niyə qol vura bilmirik?
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
 
 
  20.01.18
19:07
  “Qarabağ” "Lexiya"ya qarşı - Canlı yayım
18:40
  "Çelsi"dən darmadağın - Video
18:35
  “Xəzər”in Almaniya klubuna uduzdu
18:07
  "Qarabağ"ın start heyəti
17:45
  “Neftçi“nin sabiq futbolçusu Yaponiya klubunda
17:10
  Dəniz Yılmaz debüt edə bilmədi
16:26
  "Səbail" Antalyaya yollandı
15:05
  "Neftçi"nin məşqi sükutla başladı - Video
14:11
  “Azərbaycanda tanıdığım ilk klub “İnter” olub” - Stoyanoviç
13:30
  "Barselona" Rafinyanı icarəyə verdi
12:51
  Günün canlı oyunları - Etopaz-da
12:27
  “Qarabağ”la oyun dostluq matçı olmayacaq” - "Lexiya"nın futbolçusu
12:00
  Həftənin ən gözəl qol ötürmələri - Video
11:38
  "Azərbaycanla eyni səviyyədə komandayıq"
11:12
  "Həmişə qəlbimdə qalacaqsınız" - Dino Ndlovu
10:52
  "Çelsi"də ciddi itki
10:15
  "Azərbaycan milisindəki bəzi oyunçuları "Qarabağ"dan tanıyıram"
09:51
  "Borussiya"dan xal itkisi - Video
01:22
  Qapıçıların məharəti - Video
00:20
  Ərtoğrul Sağlam rəsmən "Traktor Sazi"də
00:01
  Klublarımızın qış transferləri – Yenilənir
  19.01.18
22:44
  "Qarabağ"ın növbəti məşqi
22:15
  "Bavariya"nın məşqində qalmaqal - Şəkil
21:58
  Van Persinin yeni klubu - rəsmi
21:22
  Pele xəstəxanaya yerləşdirildi
20:27
  Dino Ndlovu rəsmən Çin klubunda
20:11
  "Keşlə" - "Zirə" - Şəkillər
19:35
  Almaniyanın ən yaxşı oyunçusu seçildi
19:10
  “Maksimov zarafatcıl adamdır” – Orxan Sadıqlı
18:48
  Həftənin ən gözəl qolları - Video
18:25
  "Yeni futbolçular birbaşa müqaviləyə gələcəklər" - Ayxan Abbasov
18:18
  "Keşlə" - "Zirə" oyununda vurulan qollar - Video
18:03
  "Yaxşı olardı ki, çempionatda qalib gələk" - Yuri Maksimov
17:49
  "Mənim nə intizamsız hərəkətim olub?" - Kamran Ağayev
17:17
  "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
17:05
  "Keşlə" "Zirə"yə də qalib gəldi
16:55
  “Neftçi”nin futbolçuları reqbi oynadı - Video
16:25
  "Keşlə" baxışa çağırdığı legionerlə müqavilə bağladı
16:09
  Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq
15:46
  "Prosineçki əla insandır" - İbrahim Şehiç
15:27
  Almaniya millisinin üzvü "Bavariya"da - rəsmi
15:01
  2020-ci ilədək "Mançester Siti"də
14:31
  "Barselona"da növbəti müqavilə
14:06
  Çexiya millisinin üzvü "Trabzonspor"da
13:45
  Prandelli qovuldu
13:30
  "Çelsi"dən Piter Krauça təklif
13:19
  Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
13:00
  Millimizdən ikinci qələbə
12:47
  “Səbail”dən növbəti transfer
12:45
  "Hər bir komandanın şansı 33 faizdir" - millimizin üzvü
12:36
  Xizək sürməyi sevirsənsə, “Rich Sport”a gəl...
12:33
  "Əsas məqsədimiz mərhələ adlamaqdır" - millimizin baş məşqçisi
12:18
  Günün canlı oyunları - Etopaz-da
11:59
  “Keşlə” ilə razılığa gələ bilmədik” – Rauf Əliyev
11:23
  "Çelsi"yə transfer qadağası qoyula bilər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore