Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Çelsi"dən darmadağın

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
"Zirə" qalib gəldi, "Kəpəz" yenə uduzdu
"Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
"Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı
UEFA Pedro Enrikeni cəzalandırdı
Linklər
525ci Qəzet

“Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
A A A

[24.09.2017]
“Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”

Azərbaycanlı futbolçuların Avropa arenasına çıxa bilməməsi çoxdanın problemlərindəndir. İstedadlı gənc futbolçularımızın inkişafının müəyyən bir həddə qədər olması onların legioner həyatı yaşaya bilməməsinə gətirib çıxarır.

Ölkə xaricinə gedən azsaylı futbolçularımız da müəyyən çətinliklərə tab gətirə bilməyib vətənə qayıdırlar. Çünki bizim futbolçuların həyata baxışı və potensialı avropalılar kimi deyil. Bu, Azərbaycan futbolunun reallığıdır. Bəs, Rusiya futbol məktəbinin yetişdirdiyi Ramil Şeydayev və Emin Mahmudova nə oldu? Onlar niyə qısa “Avropa səyahəti”ndən sonra Azərbaycana gəldilər?

Milli komandamıza böyük ümidlərlə cəlb olunan bu futbolçulardan hazırda nəsə gözləmək düzgün olmaz. Çünki hər ikisi oyun təcrübəsi sarıdan əziyyət çəkir.

Rusiya “Zenit”indən “Trabzonspor”a transfer olunan Şeydayev heyətə düşə bilmədi və qısa zamandan sonra Slovakiyanın “Jilina” klubuna icarəyə verildi. Bir müddət sabit çıxış etsə də, daha sonra ehtiyata göndərildi və sonda hücumçu Azərbaycana – “Qarabağ”a gəlməli oldu. Müqavilə ilə “Trabzonspor”a məxsus olan gənc futbolçu Ağdam klubunda icarə əsasında çıxış edəcək. Ümid edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu lazımi səviyyəyə gətirəcək.

Emin Mahmudov isə Rusiyanın “Mordoviya” klubundan ayrılaraq Portuqaliyaya üz tutdu. Bir mövsüm “Boavişta”da çıxış edən 25 yaşlı yarımmüdafiəçi cəmi 12 oyuna çıxdı və 1 qol vurdu.  Mövsümün sonunda isə portuqaliya klubu Mahmudovu göndərdi. O isə digər Avropa klublarına can atmaqdansa, “Neftçi”də oynamağı üstün tutdu.



Emin Mahmudov

Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycana gəlməsi onların karyerasına necə təsir edə bilər? Futbolçuların bu qərarı geriyə atılmış addımdırmı? Bu suallarla ilk olaraq veteran futbolçu Arif Əsədova müraciət etdik. Vaxtilə Rusiyanın “Spartak” (Vladiqafqaz), “Tümen” və “Anji” klublarında çıxış etmiş “Neftçi”nin sabiq baş məşqçisi problemin futbolçuların xarakterlərində olduğunu düşünür.

- Onlar Azərbaycana qayıtmaqla ən asan yolu seçiblər. Bacardıqca kənarda oynamalıdırlar. Legioner həyatı yaşamaq futbolçudan xarakter, dözümlülük tələb edir. Bir çox şeylərdən imtina etməlisən. Görünür, bu xarakter onlarda çatışmır ki, çətinliyə dözə, xarici klublarda möhkəmlənə bilmirlər. Əgər bunları bəyənib kluba götürüblərsə, deməli, nəsə görüblər. Ancaq onlar heyətə düşmək üçün lazım olan qədər mübarizə aparmayıblar. Təkcə xarici kluba keçməklə iş bitmir, orda möhkəmlənmək lazımdır. Bizim futbolçularda bu sarıdan problemlər var. Onların Azərbaycana gəlməsi bir qədər də arxayınlaşmalarına səbəb olacaq ki, bununla da bir futbolçu kimi sönməyə doğru gedə bilərlər.

Bizim çempionatımız yüksək səviyyədə deyil ki, bu futbolçular Azərbaycanda daha da inkişaf etsinlər. Çempionatımızı alçaltmaq fikrində deyiləm, sadəcə olaraq reallıq budur ki, yalnız avrokuboklarda daim çıxış edən “Qarabağ” futbolumuzu yaşadır. “Qarabağ”ın da Premyer Liqamızın səviyyəsinə görə Çempionlar Liqasında necə çətinlik çəkdiyini görürsünüz”.


Arif Əsədov

Arif Əsədov ölkə xaricinə çıxmağın futbolçu olduğu dönəmlə müqayisədə indi daha asan olduğunu deyir: “Bizim vaxtımızda çalışırdıq ki, ölkədən çıxaq, legioner həyatı yaşayaq. Müəyyən yaşa qədər Rusiya klublarında oynamaq istəyirdik ki, istədiyimiz səviyyədə çıxış edək. Artıq 30 yaşdan sonra yenə karyeranı Azərbaycanda davam etdirə bilərsən. Ancaq belə gənc futbolçularımızın Azərbaycana qayıtması artıq onların ölkə xaricinə getməsinin qarşısını alır.

O vaxt menecer sistemi yox idi. Hansısa kluba gedirdimsə, orda 2-3 ay hazırlıq dönəmində özümü elə göstərməliydim ki, mənimlə müqavilə bağlasınlar. İndi isə menecerlər var. Onlar futbolçuları klublara müxtəlif yollarla təqdim edirlər. Ona görə də indi futbolçularımızın legioner həyatı yaşaması daha asan olmalıdır”. 

Ölkə xaricinə oyunçu göndərə bilməməyimizi futbolumuzun qlobal problemi adlandıran Arif Əsədov deyir: “Bizim futbolçularımız 17 yaşa qədər normal oynayırlar. Artıq 17 yaşdan sonra futbolçular itirlər. Bunun səbəbini də axtarmalıyıq. Avropa ölkələrində əksinədir. 17-18 yaşlı futbolçuları artıq milli komandaya dəvət edirlər. Yəni futbolçu davamlı inkişaf edir. Bizim futbolçular isə bu yaşdan sonra itib-batırlar, nə çempionatda möhkəmlənə bilirlər, nə də ölkə xaricinə gedirlər.

Futbolçularımız Azərbaycandakı qazancı ölkə xaricində olan çətinliklərdən üstün tuturlar. Yəni müəyyən məbləği Azərbaycanda daha asan qazanmaq olur, nəinki ölkə xaricində. Əsas səbəblərdən biri də budur. Uşaq futbolundakı problemlər və klubların futbolçularla yüksək maaş qarşılığında müqavilələr bağlaması da problemin kökündə duran məsələlərdir.  Futboldan nəyəsə nail olmaq istəyirsənsə, bu idman növü sənin üçün ön planda olmalıdır. Nələrisə qurban verməlisən. Futbolu ikinci plana atsan, uğur qazana bilməzsən. Bizim futbolçuların isə bəzisi valideynləri üçün darıxır, bəzisi sevdiyi xanım üçün Azərbaycana qayıdır”.

İndikilərdən fərqli olaraq normal legioner həyatı yaşayan veteran futbolçularımızdan biri də Kamal Quliyevdir. Odur ki, mövzumuzla bağlı millimizin sabiq üzvü ilə danışdıq. 2002-2004-cü illərdə Ukraynanın “Volın” klubunda çıxış etmiş veteran yarımmüdafiəçi Şeydayevlə Mahmudovun Azərbaycana gəlməklə geriyə addım atdıqlarını düşünür:


Kamal Quliyev

“Bəzən kluba gələn yeni baş məşqçi öz futbolçularını gətirir və əsasən onlardan istifadə edir. Ancaq istənilən halda hər bir futbolçuya özünü göstərmək üçün şans verilir. Eminlə Ramilə də bu şans verilib. Ancaq onların zəif futbolçu olduğunu düşünmürəm. Zəif olsaydılar, xarici klublar onları transfer etməzdi. Məncə, Ramil Şeydayevi “Qarabağ” istəyib gətirib. Emin Mahmudovun “Neftçi”yə gəlişi haqda isə heç nə bilmirəm. Təbii ki, onların hər ikisi geri addım atıb. Əgər böyük futbola qədəm qoymusansa, əlbəttə, geri qayıtmaq olmaz. Mən istərdim ki, Emin “Neftçi”də möhkəmlənmək haqda düşünməsin. O, oyun səviyyəsini artırıb, Avropanın daha güclü klublarında çıxış etməlidir. Qoy, “Boavişta” rəhbərliyi bunu görəndə təəssüflənsin ki, belə futbolçunu əldən buraxdıq. Eminlə Ramilin  klublarında niyə möhkəmlənə bilməməsinin əsl səbəbini dəqiq bilmirəm. Bəlkə də onlar oyun təcrübəsi qazanmaq, milli komandada müntəzəm çıxış etmək üçün daha çox meydana çıxa biləcəkləri komandaları seçiblər. Əgər onlar burda formalarını bərpa edib yenidən Avropa klublarına gedəcəklərsə, burda pis bir şey yoxdur. Əksinə, burda qalacaqlarsa, artıq bu geriyə addımdır.

Bəzi futbolçular ölkə xaricinə gedən kimi ordakı şəraiti görür və oyun yaddan çıxır. Yəni bu cür səbəblər də olur. Futbolçu xarici klubda möhkəmlənə bilmirsə, birinci səhvi özündə axtarmalıdır. Öz oyununu, davranışını təhlil etməlidir. Bunların hamısı şərtdir. Mənim Ukraynaya getməyim Azərbaycanda bir neçə futbolçunun yolunu açdı. Çünki biz orda özümüzü yaxşı tərəfdən göstərirdik”.

Kamal Quliyev futbolçularımızın xairici klublarda möhkəmlənə bilməməsini onların qeyri-peşəkarlığı ilə əlaqələndirir: “İndiki futbolçularımızın əksəriyyətində peşəkarlıq yoxdur. Əgər sən bu yola çıxmısansa, çətinlik də olacaq, darıxmaq da. Yeri gələndə müəyyən şeylərdən imtina etməlisən. Mən Ukraynada oynayanda xeyirdən, şərdən də qalırdım. Hamı da bunu başa düşürdü ki, biz idmançıyıq. Evdə də üzümü çox az görürdülər. Futbolçunun hanısasa mühitə uyğunlaşması ifadəsi mənə çatmır. O, nə deməkdir? Avropanın havası da yaxşıdır, şəraiti də. Biz yazıqlar Ukraynada 4-5 ay qarın içində futbol oynayırdıq. Hər bir işin çətinliyi var. Uğur əldə etmək üçün bunlara dözməlisən. Futbol kişi oyunudur, baş və ayaqla oynanılır. Buna xarakter lazımdır”.

Mövzumuzla bağlı son olaraq Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun da fikirlərini öyrəndik.


Ağasəlim Mircavadov

- Cavan oyunçularda xarakter olmalıdır. Futbloçu qarşısına məqsəd qoymalıdır. Emin və Ramil Rusiyada doğulub, futbolu orada öyrəniblər. Onlar üçün legioner həyatı o qədər də çətin olmamalı idi. Bu futbolçular klublarında şans qazana bilmirdilər. Dəqiq deyə bilmərəm. Bəlkə də çıxış etdikləri klublarda rəqabət böyük idi. 10-15 dəqiqə oynamaqla futbolçu inkişaf edə bilməz.  Məncə, Ramillə Eminin Azərbaycana gəlməkdə məqsədi müntəzəm oynamaq şansı əldə etmək və milli komandada möhkəmlənərək özlərini tanıtmaqdır. Bununla yenidən xarici klublara gedə bilərlər.


Bizim uşaqlar qarşılarına məqsəd qoymurlar. Çünki klublarımızın maliyyə cəhətdən yaxşı vaxtında heç kim Azərbaycanı tərk etmək istəmirdi. İndisə vəziyyət tam fərqlidir. Klublarımız maddi cəhətdən çox çətin vəziyyətdədir. İndi də getmək istəyən futbolçularımızı qəbul etmirlər. Çünki futbolçularımızın uğuru yoxdur. İndi "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində oynayır. Bu, böyük uğurdur. Bu turnir cavan futbolçularımız üçün böyük bir reklamdır. Yaxşı oynasalar, xarici klublardan dəvət alacaqlar. Burda menecerlərdən də çox şey asılıdır.  Menecersiz xaricə getmək olmaz”.

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb

6760 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
10.06.2017  13:50 "Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
04.06.2017  10:07 “Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
08.05.2017  14:30 "Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
 
 
  19.11.17
02:30
  "Atletiko" - "Real" - Video
02:15
  "Neftçi" "Qəbələ"yə qarşı - Yenilənir
02:00
  "Bavariya"nın qələbəsi - Video
01:40
  Madrid derbisində qalib müəyyənləşmədi
01:29
  "Qırmızı şeytanlar" doğma meydanda sevindi - Video
01:05
  "Bavariya" və "Borussiya" uddu
00:32
  "Mançester Siti"nin "Lester"i məğlub etdiyi oyun - Video
00:15
  "Roma" - "Latsio" - Video
00:01
  Mançester klublarından qələbə, "Çelsi"dən darmadağın
  18.11.17
22:56
  "Roma" qalib gəldi
22:06
  "Çelsi" səfərdən 3 xalla qayıdır - Video
21:58
  PSJ-dən 4 qol - Video
21:10
  "Barselona"dan növbəti qələbə - Video
20:55
  "Çelsi"dən darmadağın
20:09
  "Keşlə" - "Zirə" - Şəkillər
19:40
  "Qarabağ" "Sumqayıt"a qalib gəldi - əvəzedicilərin çempionatı
19:15
  “Artıq “Qarabağ”la oyunu düşünməyə başlamışıq” – Təmkin Xəlilzadə
18:48
  Əfsanəvi türk atlet vəfat etdi
18:42
  London derbisini “Arsenal” qazandı - Video
18:02
  "Kəpəz" - "Səbail" oyununda 5 qol - Video
17:25
  Şahin Diniyev istefa verdi
16:57
  "Zirə" qalib gəldi, "Kəpəz" yenə uduzdu
16:30
  "Üzərimə böyük məsuliyyət və yük düşəcək” - Qurban Qurbanov
16:19
  "Zirə"nin qələbəsi - Video
15:50
  "Bu, məşqçinin qorxaqlığıdır" - Ramiz Məmmədov
15:33
  "Artıq rəqiblər bizi yaxşı analiz edirlər" - Ayxan Abbasov
15:22
  Nizami Hacıyev “Neftçi”də
14:40
  Gəncədə heyətlər açıqlandı
14:26
  "Qarabağ"la qrupdan çıxmaq üçün oynayacağıq" - Konte
13:37
  “Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı
12:50
  "Keşlə" - "Zirə": heyətlər
12:45
  Günün canlı oyunları - Etopaz-da
12:09
  Konte imicini dəyişdi - Şəkil
11:50
  Həftənin ən gözəl qol ötürmələri - Video
11:28
  Kris Koulman Uels millisindən getdi
11:11
  “Taleyimiz Madriddə də həll oluna bilər, Romada da” – Qara Qarayev
11:00
  "Atletiko" Madrid derbisinə çıxır
10:42
  “Çelsi”dən də xal ala bilərik" - Maksim Medvedev
10:14
  Topaz Premyer Liqanın oyunları canlı yayımda
09:45
  "Borussiya" uduzdu - Video
01:22
  Paşayevin komandası “Şaxtyor”a qalib gəldi
00:55
  “Beşiktaş”dan xal itkisi
00:10
  “Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore