Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Qarabağ”la oyun dostluq matçı olmayacaq” - "Lexiya"nın futbolçusu

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ"ın yoxlama oyunundan Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
Ronaldo "Real"ın iştirak ərizəsində yoxdur
Azarkeşlər də Ronaldodan üz döndərdi - "Real"ı tərk etsin
Billiat “Qarabağ”ın təklifini qəbul edib - iddia
Robinyo Türkiyə klubu ilə danışıq aparır
Linklər
525ci Qəzet

Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
A A A

[22.08.2017]
Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - <b style="color:red">ikinci yazı</b>

Ötən həftə Topaz Premyer Liqanın 2-ci turunda keçirilən “Səbail” – “Neftçi” oyununda çempionatımızın acı gerçəkliyini növbəti dəfə əks etdirən mənzərənin şahidi olduq.

Bəli, tribunalar yenə bom-boş idi. Peşəkar Futbol Liqası matçın rəsmi protokolunda stadionda 200 tamaşaçının olduğunu qeyd edib. Hər halda heç o qədər də deyildilər. Stadiona gələnlər də “Neftçi” fanatları idi. “Səbail” azarkeşləri isə hələ ki, yoxdur. Və “nə vaxtsa olacaqmı” sualına da cavab vermək çətindir. Bircə o bəllidir ki, indiki durumda yeni yaranan bu komandanın əməkdaşlarının sayı azarkeşlərindən çoxdur. Azarkeş problemi bizdə həmişə olub və bu haqda çox yazı dərc olunub. Bu dəfə problemin kökündən, yəni bölgələrimizin futbolsuz qalmasından söhbət açırıq.

Təbii ki, Tovuzda, Qazaxda, Zaqatalada, Qusarda, Yevlaxda, Lənkəranda və digər bölgələrimizdə çempionat oyunları zamanı tirubunalar dolu olurdu. İndi isə bu şəhərlərin təmsil etdiyi klubların bir qismi yoxdur, bəziləri isə can üstədir.

“Karvan” və “Xəzər Lənkəran” da indi adını təəssüflə çəkdiyimiz klublar sırasındadır. Hər iki komandanı çalışdırmış Yunis Hüseynovla mövzumuzla bağlı danışdıq. “Xəzər Lənkəran” dağılandan indiyə qədər işsiz olan millimizin sabiq üzvü bölgə klublarının dirçəlməsinin AFFA-dan asılı olduğunu deyir:

- Mən bununla bağlı fikrimi “Xəzər Lənkəran”da işləyəndə AFFA-ya bildirmişəm. Federasiyanın baş katibi Elxan Məmmədov məşqçilərlə görüş keçirəndə ona dedim ki, regionlardakı klublarımıza dəstək olmasa, futbolumuzda inkişafı olmayacaq. Hazırda çempionatımızın səviyyəsi çox aşağıdır. Vaxt ötdükcə bunun avrokuboklarda iştirak edən komandalarımıza təsirini görəcəksiniz. “Qəbələ” bundan əvvəl ardıcıl iki il Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Bu mövsüm isə bunu bacarmadı. Rəqabətsiz çempionat mütləq təsirini göstərməlidir. “Qarabağ” hələ ki, irəliləyir. Ancaq getdikcə “Qarabağ” da bunun acısını çəkəcək.

Əminliklə deyirəm ki, bölgə klubları çempionatda çıxış etsə, Azərbaycan futbolu sürətlə inkişaf edəcək. Əsl azarkeşlər rayonlardadır. Futbolun gözəlliyi də azarkeşlərdir. Azərbaycanda ən çox azarkeşi olan komanda “Xəzər Lənkəran” idi. İndi komanda yoxdur. “Karvan” kimi komanda o günə qaldı. İmişlidə o cür stadion, meydança var, amma komandaları yoxdur.

Deyirlər ki, legionerlər bölgələrə getmir. Legioner olmasın, yerli futbolçular olsun. Bir-iki il çətinliyi olacaq. Getdikcə yerli futbolçulardan ibarət yaxşı komandalar formalaşacaq. Regionlarsız futbol olmaz. Bakıda da klub olmalıdır. Amma belə yox. Bildiyimə görə, Gürcüstan çempionatında klublar bölgələr üzrə sıralanır. 10 komandanın hərəsi bir şəhəri təmsil edir. Komandalarda əksəriyyət yerli futbolçulardı. Ona görə də Gürcüstanda həmişə yaxşı futbolçular yetişib və yetişəcək də.

AFFA hazırda 5 klubu saxlayır. Vaxtında federasiyaya təklif etdim ki, 16 komandalı çempionatımız olsun. AFFA hər kluba 3 milyon manat ayırsa, 48 milyon edir. Bu, AFFA üçün o qədər də çətin iş deyil. Birinci diviziona da diqqət ayıra bilərlər. Hər bölgənin bir komandası olsun, görün futbolumuz necə inkişaf edir.
Mənim oynadığım dövrdə çempionatda 18 komanda çıxış edirdi. Onda maddi vəziyyət bundan qat-qat pis idi. Pul üzü görmürdük. Ancaq çempionat çox maraqlı keçirdi. Bütün oyunlarda stadion tam dolurdu. İndi “Qarabağ”la “Neftçi” oynayanda da azarkeş gəlmir. Guya bu, hələ çempionatın derbisidir. Amma “Xəzər Lənkəran” azarkeşləri stadionu doldururdu.

“Karvan” və “Xəzər Lənkəran” haqda ürək ağrısı ilə danışan Y.Hüseynov bu klubların dağılmasının əsl səbələri haqda fikir bildirmək istəmədi:

- Onlar Azərbaycanda ən baxımlı futbol oynayan komandalardan idi. “Karvan”ı sıfırdan yığmışdım. Həmişə lider olurduq. “Xəzər Lənkəran” isə mənim vaxtımda da, məndən əvvəl də ən güclülərdən olub. Yevlaxda da stadion tam dolurdu, Lənkəranda da. Təəssüf ki, bu klubların sahibləri futboldan küsdülər. Nədənsə daha kluba baxmaq istəmədilər.

Göründüyü kimi, Y.Hüseynov AFFA-nın dəstəyi olmadan klublarımızın Premyer Liqaya qayıdışının çətin olduğunu fikirləşir.

Futbol mütəxəssisi Tahir Süleymanov isə fərqli fikirdədir. Keçmiş FİFA referisi, bir vaxtlar “Turan” və “Neftçi”nin vitse-prezidenti olmuş T.Süleymanov AFFA-nın klublara pul ayırmaqla onları özündən asılı vəziyyətə saldığını düşünür:

- Azərbaycanda futbol hər zaman bir nömrəli idman növü olub. Bütün bölgələrimizdə futbolu çox sevirlər. Təəssüf ki, müstəqillik dönəmimizdə 50-dən çox klub dağılıb, tarixin yaddaşına köçüb. Necə ola bilər, müharibənin getdiyi, stadionlara mərmilər düşdüyü, iqtisadi-siyasi xaosun olduğu vaxtlarda əksər şəhər, rayonlarımızın ölkə çempionatında təmsil olduğu halda indi Azərbaycan futbolu 8 komandaya möhtac olsun?!

Bunun bir cavabı var: uzun illərdi yarıtmaz futbol idarəçiliyi. 20-25 il öncə maliyyə problemləri var idisə, son 10-12 ildə dövlətin qayğısı ilə bu problem də aradan götürülmüşdü. Bakı və bölgələrimizdə yeni stadionlar inşa edildi, klubların bəziləri bərpa olundu, yeniləri yaradıldı. 

Çox təəssüf ki, 90-cı illərdə olduğu kimi eyni futbol təfəkkürü ilə idarə olunan federasiyada ciddi, inkişafa meyli layihələr ortaya qoyulmadı. Bölgə futboluna üstünlük vermək əvəzinə yüz milyonlarla vəsait qadın futbolunun "inkişafı"na, lazımsız əcnəbilərə, kütləvi halda milliləşdirilmiş yararsız futbolçulara xərcləndi. Fikir verin, hətta bu durumda "Qarabağ" Çempionlar Liqasının pley-offunda qələbə qazanır. Meydanda olan Qara, Maksim, Mahir və digərləri öz yetirmələrimizdir. Federasiya tərəfindən FİFA, UEFA, Azərbaycan qanunlarına söykənən ciddi qərarların qəbul olunmaması, ölkə futbolunda nizamın yaradılmaması klubların yenidən dağılmasına səbəb oldu. Bunda bəzi klubların özlərinin də günahı oldu. Bununla yanaşı əsas yük AFFA-nın boynundadır. Beynəlxalq qaydalara görə, uyğun klublar müstəqil olmalıdır.

Əksər klublarda Müşahidə Şuraları yaradıldı, Nə yaxşı ki, "Qarabağ", "Qəbələ" bu planən tərkib hissəsi olmadı. Yoxsa nə qruplar olardı, nə də Çempionlar Liqasının pley-offu.

"Neftçi"nin düşdüyü durum göz önündədir. 2-3 ilə tarixi klub şuralaşma ideologiyası ilə məhv edildi. Təsisçilər gec də olsa, bu avantüradan əl çəkərək köhnə idarəçilik sisteminə qayıdılması ilə bağlı qərar verdi. Futbola belə münasibət ölkə klub futbolunu məhv etdi. Şəxsi ambisiyalar, futbolda təsadüfi insanlar bu durumu yaratdı.

Vəziyyətdən çıxmaq üçün ilk növbədə futbol idarəçilərinin təfəkkürü, futbola baxışı dəyişməlidir.
Ölkədə futbola dövlət qayğısı var. Qısa müddətə bölgələrdə köklü klubları bərpa etmək, 50 klubun iştirakı ilə 3-4 liqanın formalaşdırılması mümkündür. Şəxsi intiriqalar aradan qaldırılmalı, AFFA-PFL "soyuq müharibə"sinə son qoyulmalı, ayrılan vəsait düzgün istiqamətə yönəlməlidir. AFFA klublara pul ayırmamalıdır. Bunun adı  monopoliya yaradıb klubları əldə saxlamaq, 5-10 dost-tanış üçün əlavə gəlir mənbəyi yaratmaqdır.

"Turan", "Zaqatala", "Mil-Muğan", "Neftçala" və digər komandalara xərclənən vəsaitin qarşılığında nə qazanıldı?!

AFFA və PFL liqalar yaradaraq ayrılan vəsaiti idman prinsipinə uyğun hər qələbə, heç-heçəyə görə komandalara mükafat sistemi yarada bilər. Bu eyni zamanda totalizator, oyun alqı-satqısının da qarşısını alar, liqalara marağı artırar. Mükafat sisteminə uyğun bölgü klubların ayaqda qalmasını təmin edər. Eyni zamanda inam yarandığı, şəhər, rayonlarımızda azarkeşlərin stadionlara axışması yerli icra orqanlarının, iş adamlarının marağına, yardımına səbəb olar...

Bir məsələ ilə bölgələrdə futbolun dirçəlməsini təmin etmək mümkün deyil. Xüsusi layihə hazırlanmalı, federasiya rəsmiləri kabinetlərdə oturmamalı, Mingəçevir, Qusar, Lənkəran, Qazax, Naxçıvan, Tovuz, Zaqatala, Yevlax, Bərdə, İmişli, Masallı, Sabirabad, Şamaxı, Quba, Quzanlı, Şəmkir, Şirvan, Salyan, Cəlilabad, Neftçala, Kürdəmir, Qax, Şəki və digər şəhər, rayonlarımıza səfər etməlidirlər.

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb


4907 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
19.12.2017  12:57 “Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
13.12.2017  14:16 "Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
28.11.2017  12:09 Biz niyə qol vura bilmirik?
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
 
 
  20.01.18
19:07
  “Qarabağ” "Lexiya"ya qarşı - Canlı yayım
18:40
  "Çelsi"dən darmadağın - Video
18:35
  “Xəzər”in Almaniya klubuna uduzdu
18:07
  "Qarabağ"ın start heyəti
17:45
  “Neftçi“nin sabiq futbolçusu Yaponiya klubunda
17:10
  Dəniz Yılmaz debüt edə bilmədi
16:26
  "Səbail" Antalyaya yollandı
15:05
  "Neftçi"nin məşqi sükutla başladı - Video
14:11
  “Azərbaycanda tanıdığım ilk klub “İnter” olub” - Stoyanoviç
13:30
  "Barselona" Rafinyanı icarəyə verdi
12:51
  Günün canlı oyunları - Etopaz-da
12:27
  “Qarabağ”la oyun dostluq matçı olmayacaq” - "Lexiya"nın futbolçusu
12:00
  Həftənin ən gözəl qol ötürmələri - Video
11:38
  "Azərbaycanla eyni səviyyədə komandayıq"
11:12
  "Həmişə qəlbimdə qalacaqsınız" - Dino Ndlovu
10:52
  "Çelsi"də ciddi itki
10:15
  "Azərbaycan milisindəki bəzi oyunçuları "Qarabağ"dan tanıyıram"
09:51
  "Borussiya"dan xal itkisi - Video
01:22
  Qapıçıların məharəti - Video
00:20
  Ərtoğrul Sağlam rəsmən "Traktor Sazi"də
00:01
  Klublarımızın qış transferləri – Yenilənir
  19.01.18
22:44
  "Qarabağ"ın növbəti məşqi
22:15
  "Bavariya"nın məşqində qalmaqal - Şəkil
21:58
  Van Persinin yeni klubu - rəsmi
21:22
  Pele xəstəxanaya yerləşdirildi
20:27
  Dino Ndlovu rəsmən Çin klubunda
20:11
  "Keşlə" - "Zirə" - Şəkillər
19:35
  Almaniyanın ən yaxşı oyunçusu seçildi
19:10
  “Maksimov zarafatcıl adamdır” – Orxan Sadıqlı
18:48
  Həftənin ən gözəl qolları - Video
18:25
  "Yeni futbolçular birbaşa müqaviləyə gələcəklər" - Ayxan Abbasov
18:18
  "Keşlə" - "Zirə" oyununda vurulan qollar - Video
18:03
  "Yaxşı olardı ki, çempionatda qalib gələk" - Yuri Maksimov
17:49
  "Mənim nə intizamsız hərəkətim olub?" - Kamran Ağayev
17:17
  "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
17:05
  "Keşlə" "Zirə"yə də qalib gəldi
16:55
  “Neftçi”nin futbolçuları reqbi oynadı - Video
16:25
  "Keşlə" baxışa çağırdığı legionerlə müqavilə bağladı
16:09
  Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq
15:46
  "Prosineçki əla insandır" - İbrahim Şehiç
15:27
  Almaniya millisinin üzvü "Bavariya"da - rəsmi
15:01
  2020-ci ilədək "Mançester Siti"də
14:31
  "Barselona"da növbəti müqavilə
14:06
  Çexiya millisinin üzvü "Trabzonspor"da
13:45
  Prandelli qovuldu
13:30
  "Çelsi"dən Piter Krauça təklif
13:19
  Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
13:00
  Millimizdən ikinci qələbə
12:47
  “Səbail”dən növbəti transfer
12:45
  "Hər bir komandanın şansı 33 faizdir" - millimizin üzvü
12:36
  Xizək sürməyi sevirsənsə, “Rich Sport”a gəl...
12:33
  "Əsas məqsədimiz mərhələ adlamaqdır" - millimizin baş məşqçisi
12:18
  Günün canlı oyunları - Etopaz-da
11:59
  “Keşlə” ilə razılığa gələ bilmədik” – Rauf Əliyev
11:23
  "Çelsi"yə transfer qadağası qoyula bilər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore