Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Çelsi"dən darmadağın

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
"Zirə" qalib gəldi, "Kəpəz" yenə uduzdu
"Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
"Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı
UEFA Pedro Enrikeni cəzalandırdı
Linklər
525ci Qəzet

Futbolumuzun bəlası – süni ot örtüyü
A A A

[31.07.2017]
Futbolumuzun bəlası – <b style="color:red">süni ot örtüyü</b>

Futbolumuzun ziyanına işləyən amillərdən biri də Azərbaycanda keyfiyyətsiz süni örtüklü meydançalardan geniş istifadə olunmasıdır. Yayda “yandır”an, qışda sürüşkən olan bu meydançalar onsuz da inkişafa can atmayan futbolçularımızı zədələməklə onların karyerasına bir qədər də zərbə vurur. Premyer Liqamızda bu cür örtükdə zədə alan onlarla futbolçu var. Hansı ki, onlar komandalarının aparıcı oyunçularıdır. Dani Kintananın zədələnərək qışdan bəri futboldan uzaq qalmasının “Qarabağ”a nə qədər çətinlik yaratdığı hər kəsə məlumdur. Bəli, süni örtüyün acısını ciddi şəkildə ən son çəkən “Qarabağ”dır. “AZAL Arena”da diz bağları qırılan ispaniyalı pleymeyker düz altı aydır Ağdam klubuna kömək edə bilmir.

Ötən il isə “İnter Arena”nın süni meydançası Avroliqanın vacib oyunları ərəfəsində “Qəbələ”nin aparıcı oyunçuları Baqali Dabo və Rəşad Sadiqovu zədələdi. Onların yoxluğu isə “Qəbələ”nin vacib xallar itirməsinə səbəb oldu.

Bu cür misalları çox çəkmək olar. Ancaq məsələnin ən acınacaqlı tərəfindən danışmaq lazımdır. Ən pisi odur ki, süni örtüklü meydançalar təzəcə futbolun sirlərini öyrənən yeniyetmə futbolçularımızın da inkişafına ciddi zərbə vurur. Təəssüf ki, bütün klublarımızın aşağı yaş qrupları üzrə komandaları keyfiyyətsiz süni örtüklü meydançalarda məşq edir. 

Əlbəttə ki, süni örtüyün futbolçulara ziyanı haqda ən yaxşı fizioterapevtlər bilər. Biz də mövzumuzla bağlı ilk olaraq Azərbaycanın tanınmış idman həkimi Rəhim Məhərrəmovla danışdıq. “Neftçi”, “Qəbələ” və dünya futbolunun canlı əfsanəsi Maradona ilə birlikdə Dubayın “Əl-Vəsl” klubunda çalışmış təcrübəli fizioterapevt sintetik örtüklərin fəsadlarını xırdalıqları ilə izah etdi:




“Əslində keyfiyyətli süni örtüyün futbolçuya ziyanı yoxdur. Təəssüf ki, Azərbaycandakı süni örtüklərin əksəriyyəti keyfiyyətsizdir. Bu da meydançalara baxımsızlıqdan irəli gəlir.  Süni örtüyün futbolçuya ən böyük ziyanı oynaq sistemi ilə bağlıdır. Yəni topuq, diz və bel nahiyəsinin oynaqları. Təbii ot örtüyündən fərqli olaraq, süni örtüklü meydançalarda “amartizasiya” olmur. Buna görə də futbolçu tullanan zaman birbaşa oynaqları zədələnir, qığırdaq sistemi dağılır. Əzələlərdə tez-tez dartılma, yırtılma əmələ gəlir. Bir sözlə, süni örtüklü meydançaların oynaq və əzələ sisteminə böyük ziyanı var.
Bu, ən çox yeniyetmə futbolçulara ziyandır. Hələ əzələ sistemi tam formalaşmamış gənc futbolçular süni örtüklərdə daha çox əziyyət çəkir. Belə meydançalar uşaqların oynaq və əzələ sisteminin düzgün formalaşmamasına səbəb olur. Gələcəkdə isə daha böyük fəsadlara gətirib çıxarır. Artıq o futbolçular zədə ilə böyüyürlər, böyük futbola zədə ilə gəlirlər. Uşaqların süni örtüklü meydançalarda məşq etməsi qətiyyən arzuedilən deyil.

Avropanın bir sıra ölkələrində olmuşam. Orada da belə meydançalar var. Türkiyədə də geniş istifadə olunur. Ancaq onlar çox keyfiyyətli örtüklərdir. Yağışda, qarda heç bir problem olmur. İlin 12 ayını futbol oynamaq olur. Qeyd etdiyim kimi, keyfiyyətli süni örtüklər problem yaratmır. Əksinə, kələ-kötür qazondansa yaxşı süni örtük daha əlverişlidir. Bizdə süni örtüklü meydançalardan imtina etmək qeyri-mümkündür. Əksinə, ola bilər ki, təbii ot örtüklü meydançalar ləğv olunsun”.

Rəhim Məhərrəmov süni örtükdə zədələrin qarşısını nisbətən almaq üçün çıxış yolu da göstərdi: “Futbolçunun geyindiyi butslar süni örtüyə uyğun olsa, zədələr az olar. Yumşaqlığın olması üçün butsların dabanı hündür olmalıdır. Bunun üçün ayrıca silikon dabanlıqlar olur. Onu butsun içərisinə qoyanda az da olsa zədələrin qarşısını almaq mükmündür. Sonda arzu edirəm ki, bütün komandalarımızın meydançaları “Qəbələ” klubunun meydançaları kimi olsun. Bəlkə də Avropada belə meydançalar yoxdur. Doğrudan da ot örtüyünə çox peşəkarcasına qulluq edirlər”.

“Süni örtük butsunu o qədər qızdırmışdı ki, ayağı yanırdı”  

Azərbaycanın əməkdar məşqçisi, uzun illər bir çox klubu və milli komandamızı çalışdırmış Ağasəlim Mircavadov isə süni örtüklü meydançaların yaratdığı problemlərdən faktlarla danışdı:  “Futbol torpağın, otun üzərində yaranıb. Süni örtüyü də yaradıblar ki, bir qədər rahatlıq olsun. Ancaq belə meydançaların törətdiyi fəsadlar dəhşətdir. Sizə bir misal çəkim. Mən “Xəzər Lənkəran”ı çalışdıran vaxt “İnter”lə qarşılaşırdıq. Oyuna bir saat qalmış “İnter”in meydançasında məşqə çıxmışdıq. Birdən adını unutduğum kosta-rikalı hücumçumuz (Uinston Parks - R.A.) qışqırdı. Hamımız qorxduq və onun yanına qaçdıq. Butslarını çıxardı, gördük ayağının altı yanıb. Soyuq suyu onun butsunun içinə tökdüm, su qaynadı. Süni örtük butsunu o qədər qızdırmışdı ki, ayağı yanırdı. Həm “Neftçi”də, həm də “Xəzər Lənkəran”da işləyəndə bir çox aparıcı futbolçularım süni örtüklü meydançalarda zədə alıb və komandamız çətin vəziyyətə düşüb.

SSRİ dövründə Moskva “Spartak”ının süni örtüklü meydançası var idi. Yüksək liqanın əksər baş məşqçiləri buna etiraz edirdi. Ən böyük etirazı isə Kiyev “Dinamo”sunun baş məşqçisi Valeri Lobanovski etdi. O hətta təqvimi elə nizamlayırdı ki, “Spartak”la səfər oyunları qış aylarına düşməsin. Onu da deyim ki, o dövrdə süni örtükləri yaxşı düzəldirdilər, indiki kimi deyildi.

Futbolda bütün təmrinləri cəld yerinə yetirməlisən. Süni örtükdə isə bunu etmək çətindir. Top istiqamətini dəyişir, futbolçu tullanma həkətlərini yerinə yetirə bilmir. Təbii ot örtüyündə alınan zədə tez sağalır. Süni örtük isə futbolçuların uzun müddətli sıradan çıxmasına səbəb olur. Hətta xroniki zədəyə çevrilir. Mən demirəm ki, süni ot örtüyü heç olmasın. Qış aylarında bundan istifadə etmək olar. Ancaq örtük o qədər ideal olmalıdır ki, qeyd etdiyim fəsadlar baş verməsin. Əslində süni ot örtüyü də qulluq tələb edir. Həftədə 2-3 dəfə sulanmalı, daranmalıdır.

Mən fizioterapevtlərlə sıx əlaqədəyəm. Onlar bildrirlər ki, 10 il bundan əvvəl uşaqların oynaqlarında zədələr çox nadir hallarda olurdu. İndi isə yeniyetmə futbolçularda əzələ və bel yırtığı, diz bağlarının qopması geniş yayılıb. Bu zədələr isə uzun müddətdən sonra sağalır. İndi cavan futbolçuların 80 faizi qeyd etdiyim zədələrdən əziyyət çəkir. Mütləq təbii meydançalara qayıtmat lazımdır. Təbii ki, buna xeyli vəsait lazımdır. Gərək hər klubun “Qəbələ” kimi 8-9  meydançası olsun”.

Göründüyü kimi, süni örtüklü meydançaların fəsadlarından danışan 70 yaşlı Mircavadov çıxış yolunu yalnız “mütləq təbii meydançalara qayıtmat lazımdır” deməklə göstərir. Təbii ki, çıxış yolu haqda keçmiş baş məşqçilər yox, futbol qurumları da düşünməlidir.

Azərbaycanın maraq göstərdiyi süni meydançaların üstünlüyü onların saxlanılmasında daha az vəsaitin xərclənməsidir. Təbii meydançalar ay ərzində tonlarla su, bahalı vitamin və dərmanlar tələb edir. Süni meydançada isə belə deyil, daha az qulluqla da süni örtüyü illərlə qorumaq olur. Süni örtüklərin də bir neçə növü var. Ən yüksək keyfiyyətlisi çox bahadır. Ona görə əksər stadionlarımızda 2-3-cü dərəcəli süni örtüklərdir.

Əslində təbii ot örtüklü meydançalar o qədər də böyük vəsait tələb etmir. Ancaq bəzi klublarımız maddi cəhətdən yaxşı durumda olduğu zaman bu cür dəyişikliyə getməyibsə, indiki çətin vəziyyətdə təbii ot örtüyünə keçmələri heç  inandırıcı deyil. Təbii ot örtüyünün salınması ilə də iş bitmir. Ev oyunlarını təbii meydançalarda keçirən komandalar məşqini də bu cür şəraitdə etməlidir. Bu da o deməkdir ki, komandaların ən azı iki təbii ot örtüklü meydançası olmalıdır.

Sonda qeyd  edək ki, qonşu Gürcüstanda bu məsələyə dövlət səviyyəsində baxılıb və süni örtüklü meydançalarda oynamağa qadağa qoyulub. Klublara dövlət tərəfindən vəsait ayrılıb ki, təbii örtüklü meydança salsınlar. Yeni mövsümdən isə hətta birinci divizionun oyunları da yalnız təbii meydançalarda keçirilə bilər. Bir çox Avropa ölkələrində də artıq neçə ildir ki, süni örtüklü meydançalarda oynamaq qadağan edilib.

Ramiq AĞAMƏMMƏDOV

Bu yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

3777 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
10.06.2017  13:50 "Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
04.06.2017  10:07 “Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
08.05.2017  14:30 "Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
 
 
  19.11.17
02:30
  "Atletiko" - "Real" - Video
02:15
  "Neftçi" "Qəbələ"yə qarşı - Yenilənir
02:00
  "Bavariya"nın qələbəsi - Video
01:40
  Madrid derbisində qalib müəyyənləşmədi
01:29
  "Qırmızı şeytanlar" doğma meydanda sevindi - Video
01:05
  "Bavariya" və "Borussiya" uddu
00:32
  "Mançester Siti"nin "Lester"i məğlub etdiyi oyun - Video
00:15
  "Roma" - "Latsio" - Video
00:01
  Mançester klublarından qələbə, "Çelsi"dən darmadağın
  18.11.17
22:56
  "Roma" qalib gəldi
22:06
  "Çelsi" səfərdən 3 xalla qayıdır - Video
21:58
  PSJ-dən 4 qol - Video
21:10
  "Barselona"dan növbəti qələbə - Video
20:55
  "Çelsi"dən darmadağın
20:09
  "Keşlə" - "Zirə" - Şəkillər
19:40
  "Qarabağ" "Sumqayıt"a qalib gəldi - əvəzedicilərin çempionatı
19:15
  “Artıq “Qarabağ”la oyunu düşünməyə başlamışıq” – Təmkin Xəlilzadə
18:48
  Əfsanəvi türk atlet vəfat etdi
18:42
  London derbisini “Arsenal” qazandı - Video
18:02
  "Kəpəz" - "Səbail" oyununda 5 qol - Video
17:25
  Şahin Diniyev istefa verdi
16:57
  "Zirə" qalib gəldi, "Kəpəz" yenə uduzdu
16:30
  "Üzərimə böyük məsuliyyət və yük düşəcək” - Qurban Qurbanov
16:19
  "Zirə"nin qələbəsi - Video
15:50
  "Bu, məşqçinin qorxaqlığıdır" - Ramiz Məmmədov
15:33
  "Artıq rəqiblər bizi yaxşı analiz edirlər" - Ayxan Abbasov
15:22
  Nizami Hacıyev “Neftçi”də
14:40
  Gəncədə heyətlər açıqlandı
14:26
  "Qarabağ"la qrupdan çıxmaq üçün oynayacağıq" - Konte
13:37
  “Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı
12:50
  "Keşlə" - "Zirə": heyətlər
12:45
  Günün canlı oyunları - Etopaz-da
12:09
  Konte imicini dəyişdi - Şəkil
11:50
  Həftənin ən gözəl qol ötürmələri - Video
11:28
  Kris Koulman Uels millisindən getdi
11:11
  “Taleyimiz Madriddə də həll oluna bilər, Romada da” – Qara Qarayev
11:00
  "Atletiko" Madrid derbisinə çıxır
10:42
  “Çelsi”dən də xal ala bilərik" - Maksim Medvedev
10:14
  Topaz Premyer Liqanın oyunları canlı yayımda
09:45
  "Borussiya" uduzdu - Video
01:22
  Paşayevin komandası “Şaxtyor”a qalib gəldi
00:55
  “Beşiktaş”dan xal itkisi
00:10
  “Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore