FİFA prezidenti Canni İnfantino İran millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı açıqlama verib.
QOL.az bu haqda “El Financiero” nəşrinə istinadən məlumat yayıb.
O bildirib ki, qurum vəziyyətin çətinliyini anlayır, lakin əsas plan dəyişməz qalır:
“Biz İran millisinin hansı mürəkkəb şəraitdə olduğunu yaxşı başa düşürük və reallığı ayıq qiymətləndiririk. Buna baxmayaraq, onların dünya çempionatındakı oyunlarının mümkün qədər komfortlu keçməsi üçün əlimizdən gələni edəcəyik. Heç bir alternativ plan – nə B, nə C, nə də D var. Yalnız plan A mövcuddur”.
İnfantino əlavə edib ki, mürəkkəb geosiyasi vəziyyətə təsir etmək mümkün deyil, lakin futbol insanları birləşdirmək gücünə malikdir: “Biz insanların birliyini təmin edə, sülh və bayram ab-havası yarada bilərik”.
FİFA rəhbəri həmçinin vurğulayıb ki, İran milli komandası dünya çempionatına sırf idman prinsipləri əsasında və vaxtından əvvəl vəsiqə qazanıb və bu nəticəyə hörmətlə yanaşılacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Futbol Federasiyası daha öncə qrup matçlarının əvvələcədən nəzərdə tutulduğu kimi, ABŞ-da deyil, Meksikada keçirmək istədiyini açıqlayıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı