“FİFA Series” turnirinin ən yaxşısı seçilən Elvin Cəfərquliyev Syerre Leone ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Millimiz Syerra Leone üzərində penaltilər seriyasında (9:8) qələbə qazandı. Oyun barədə nə deyə bilərsiniz?
- Matç bizim üçün çətin alındı. Bir qədər həyəcan da var idi. Üstəlik, rəqibin güclü olduğunu da deməliyəm. Oyunun gedişi də bunu göstərdi. Syerra Leone yığması xüsusən fiziki cəhətdən güclü idi. Bütün bunlara baxmayaraq, yekunda qalib gəldik və buna görə çox sevinirik. Komandamızı təbrik edirəm.
- İlk hissə istədiyiniz kimi alınmadı. Bu, nədən irəli gəlirdi?
- Dediyim kimi, rəqib güclü komanda idi. Açığı, bu qədər yaxşı kollektiv olduqlarını gözləmirdik. Bu da bizi müəyyən qədər təəccübləndirdi. İlk hissədə Syerra Leone yığması üstün oyun sərgilədi, hesabı açdı. Lakin fasilədən sonra oyunu dəyişə bildik.
- Bu turnir Azərbaycan millisinə nə verdi?
- İlk növbədə inam verdi. Qələbə bizim üçün çox vacib idi. Düşünürəm ki, bu qələbələr bizə qarşıdakı matçlara daha yaxşı hazırlaşmağa kömək edəcək.
- Millətlər Liqasında daha güclü Azərbaycan millisi görə biləcəyik?
- İndi Azərbaycan millisi daha motivasiyalıdır. Komandada əhval-ruhiyyəni hamı görür. Hər matça çox ciddi köklənirik və daha da irəli getmək istəyirik. Qələbələrin ardını gətirmək üçün əlimizdən gələni edəcəyik. Çox istəyirik ki, Millətlər Liqasında da yaxşı nəticələr qazanaq.
- Komandanın potensialı C Liqasına qayıtmağa imkan verir?
- Bəli, biz özümüzə inanırıq. Qarşıdakı yarışda uğur qazanıb, yuxarı liqaya yüksəlmək istəyirik.
- Siz FİFA seriyasının ən yaxşısı seçildiniz. Daha əvvəl isə Çempionlar Liqasında “Kopenhagen”lə matçın ən yaxşısı seçilmişdiniz. Seçim etməli olsanız, bu iki mükafatdan hansına üstünlük verərdiniz?
- Böyük fərq yoxdur. Mənim məqsədim həm klubda, həm də millidə komandama fayda verməkdir. Lakin yəqin siz də razılaşarsınız ki, cüzi də olsa, üstünlüyü “Kopenhagen”lə matçın ən yaxşı seçilməyə verərdim.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə