Kosovoda Türkiyə millisinin qaldığı otelə fişəng hücumu - Video

Kosovoda Türkiyə millisinin qaldığı otelə fişəng hücumu - Video
VİDEO 31 Mart 2026 / 08:28 3292
-  A +

Bir qrup kosovolu azarkeş Priştina şəhərində Türkiyə milli futbol komandasına psixoloji təzyiq göstərməyə cəhd ediblər.

QOL.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hadisə bu gecə saat 1 radələrində baş verib. Onlar komandanın qaldığı otelin yaxınlığında yerləşdirilən fişəng aparatı vasitəsi ilə futbolçuları yatmağa qoymayıblar.

Xatırladaq ki, bu gün Kosovo və Türkiyə komandaları arasında DÇ-2026-nın pley-off mərhələsinin final matçı keçiriləcək. Bakı vaxtı ilə saat 22:45-də başlanacaq matçın qalibi mundiala vəsiqə qazanacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner