Azərbaycan millisi “FİFA Series – 2026” beynəlxalq turnirinin final matçında Syerra Leoneni yığmasını məğlub edərək turnirinin qalib olub.
QOL.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Azarkeşlərə təşəkkür edirəm. Bu gün Sumqayıtda gözəl atmosfer var idi. Bilirdik ki, fərqli oyun olacaq. Bunu da gördük. Rəqib bizdən daha gümrah idi. İlk hissədə səhvlərimiz oldu. Hücumda aqressiv ola bilmədik. Rəqib bizi əks-hücumda yaxaladı. Yaxşı müdafiə olunurdular. İkinci hissəyə dəyişikliklərlə başladıq, tempi yüksək tutmağımız yaxşı oldu, qol vurduq. Çoxdandır ki, azarkeşlər penalti zərbələri görmürdü. Onlar üçün də maraqlı oldu. Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Ancaq bu oyun bizim üçün siqnallar verdi. İnkişaf etdirməli olduğumuz nüanslar var. Gələcək oyunlara baxacağıq. Çalışacağıq ki, Millətlər Liqasına hazır olaq".
- Bu gün ilk dəfə Afrika təmsilçisi ilə qarşılaşdıq, ilk dəfə penaltilər seriyası oldu. Karyeranızda penaltilər seriyası deyəsən olmayıb. İlk penalti təcrübəsi haqda fikriniz necədir?
- "Sumqayıt"da işləyəndə olub, "Qarabağ"ı keçmişdik. Millidə bir az fərqli idi. Futbolçular bunun üzərində çalışmamışdı. Amma məşqdən sonra özlərini yoxlayırdılar. Soyuqqanlı olduqlarını göstərdilər. Bu da təcrübədir. Gələcəkdə milliyə xeyri olacaq.
- “FIFA Series-2026” turniri sizin üçün nə qazandırdı?
- Rəqibimiz olan Lixtenşteynin də qrupunu izləyirdik. Tanzaniya ilə oyunlarına baxmışıq. Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik.
- Sizin üçün optimal heyət formalaşdı?
- Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradıllar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. İki komandanı da təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq.
- Rusiyanın "Torpedo" klubunda oynayan Sadıq Bagievi milliyə dəvət etmək planınız var? Rusiya və Ukraynada oynayan həmyerlilərimizə pasport verilməsi çətinlik olmayacaq ki?
- Bəyəndiyimiz oyunçular olsa, belə problemin baş verəcəyinə inanmıram. Təbii ki, izlədiklərimiz var. U-21 yığmamıza namizədlər var. İzləyirik. Sadığa gəldikdə, rəsmi oyuna çağırmışdıq. U-21-in Portuqaliya ilə matçına dəvət etmişdik. Gəlsəydi, Rusiyada legioner sayılacaqdı. Belə deyək, qəbul etmədi. Yəni belə çıxdı. Rusiyada oynayan futbolçuları çağırırıq. Legioner statusu alırlar deyə, hardasa ehtiyat edirlər. Kim can atır, bura layiqdirsə, bizimkilərdən üstündürsə, niyə də olmasın? (sportal.az)
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu