"Azərbaycanı udmaq Xorvatiyaya asan olmayacaq" - Filip Ozobiç

"Azərbaycanı udmaq Xorvatiyaya asan olmayacaq" -  Filip Ozobiç
MÜSAHİBƏ 28 Dekabr 2018 / 14:00 3665
-  A +

"Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin Qol.az-a müsahibəsi.

- Başa çatmaqda olan 2018-ci ili özünüz üçün necə qiymətləndirirsiniz?

- 2018-ci ildən razı qaldım. İstərdim ki, 2019-cu il daha yaxşı olsun.

- Donald Gerye "Qarabağ"da ilin ən yaxşı əcnəbi futbolçusu seçildi. Sizcə, haitili futbolçu buna layiq idi?

- Gerye həqiqətən də yaxşı futbolçudur. Əgər onu seçiblərsə, deməli, buna layiqdir.

- Yeni ili harada qeyd etmək fikriniz var? Şaxta babadan hansı hədiyyəni istəyəcəksiniz?

- 2019-cu ili öz evimdə, ailəmlə birlikdə qarşılayacam. Artıq mənim hədiyyəmi alıblar.

- "Qarabağ" qış fasiləsinə ikinci pillədə yollandı. Komandanızın mövsümün ilk yarısındakı çıxışını necə qiymətləndirirsiniz?

- Normal çıxış etdik. Bəli, hazırda ikinci yerdəyik, ancaq qarşıda oyunlar çoxdur. Qış fasiləsində yaxşı hazırlaşmalıyıq. Mövsümün ikinci yarısına hazır olmalıyıq.

- Reynaldo yenidən "Qarabağ"a qayıtdı. Ona qarşı oynamış bir futbolçu kimi, necə düşünürsünüz, komandanı irəli apara bilər?

- Bəli, Reynaldonun oyununa bələdəm. Yaxşı futbolçudur. Yüz faiz əminəm ki, komandaya kömək edəcək.

- Azərbaycan AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə eyni qrupa düşüdü. Ölkənizdə millimiz haqda sizdən nəsə soruşurlar?

- Məndən soruşurlar ki, Azərbaycan millisi necə futbol oynayır. Onlara cavab verirəm ki, Azərbaycanı udmaq asan olmayacaq.

- Artıq Avroliqa mübarizəniz başa çatdı. Bütün diqqətiniz Premyer Liqada olacaq. Demək olarmı "Neftçi" üçün ilk pillədə qalmaq çox çətin olacaq?

- Düzdür, bizim oyun qrafikimiz çox sıx idi. Çoxlu matçlar keçirdik. Mən "Neftçi" haqda düşünmürəm. Yaxşı hazırlıq keçmək və baxımlı oyunlar göstərmək haqda fikirləşirəm.

Daha çox


Son xəbərlər