“Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Nəbiyevin QOL.az saytına müsahibəsi
- Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda “Voluntari”yə 0:2 hesabı ilə uduzduz. Rumıniya klubuna məğlubiyyətə səbəb nə oldu?
- Fasilədən sonra ilk oyunumuz idi. Çox yaxşı komandaya qarşı oynadıq. Ümumilikdə hər iki komanda üçün yaxşı matç alındı. Qarşılaşmanın gedişində müəyyən məqamlarda tam hazır olmadığımız hiss olunurdu. Bununla belə, rəqibin də güclü olduğunu qeyd etməliyəm.
- Mövsümün ikinci yarısının startına 10 gün qalıb. “Turan Tovuz” çempionata nə dərəcədə hazırdır?
- Hələlik yüz faiz hazır deyilik. Qarşıdakı yoxlama matçlarından sonra özümüzə tam gələcəyimizi düşünürəm. Yanvarın 22-də ilk matçımıza çıxacağıq. Düşünürəm ki, həmin vaxta qədər istədiyimiz səviyyəyə çatacağıq.
- Yanvarın 3-dən Antalyada hazırlıqlara başlamısınız. Toplanış necə keçir?
- Hazırlığımız çox yaxsı keçir. Məşqçilərimiz komandanı daha yaxşı vəziyyətə gətirmək üçün çalışırlar. Biz də əlimizdən gələni edirik ki, onların verdikləri tapşırıqları düzgün yerinə yetirək.

- Bu mövsüm çempionatda fasilə çox az oldu. Hardasa cəmi 10 gün. Fasilədən necə yararlandın, az da olsa, istirahət etmək mümkün oldu?
- Bəli, az da olsa dincələ bildim. Müəyyən qədər istirahət etmək şansım oldu. Fasilənin mənim üçün yaxşı keçdiyini söyləyə bilərəm.
- Qış fasiləsinin az olmasının hansı müsbət və mənfi tərəfləri var?
- Məncə, uzun fasilədənsə az olmağı daha yaxşıdır. Bu halda oyunçu çox da formadan düşmür. Fasilədən sonra formanı daha tez bərpa edirsən. Bəlkə kimsə başqa cür düşünür. Amma mən hesab edirəm ki, qış fasiləsi zamanı 10-15 gün bəs edir.
- Çempionatın ikinci yarısından gözləntilərin nədir?
- Biz hər oyuna yaxşı nəticə qazanmaq üçün çıxırıq. Düzdür, bu, hər dəfə alınmır. Amma çalışacağıq ki, fasilədən sonra daha yaxşı çıxış edəcək. Mövsümün ilk yarısında etdiyimiz səhvləri azaldaq və turnir cədvəlində daha üst pillələrdə qərarlaşaq.
- Bu mövsüm “Turan Tovuz” kubokla erkən vidalaşdı. Bu məqam çempionatın gedişində komandanızın xeyrinə olacaq, yoxsa ziyanına?
- Bu barədə nəsə demək çətindir. Hər işdə bir xeyir var. Təki bu məqam bizim xeyrimizə olsun. Amma kubokda 1/8 finalda “Zirə”yə uduzmasaydıq, mərhələni keçən tərəf biz olsaydıq, daha yaxşı olardı.
- Son zamanlar bir neçə azərbaycanlı futbolçu ölkə xaricinə yollanıb. Xüsusən də Türkiyə birinci liqasına. Sən daha əvvəl legioner həyatı yaşamısan. Yenidən bu barədə düşünürsən? Yaxud ölkə xaricindən təklif gəlib?
- Ölkə xaricindən təkliflər olub. Amma qəbul etməmişəm. Çünki çox da cəlbedici təklif olmayıb. Gələcəkdə yaxşı təklif alsam, razılaşaram. Özüm də yenidən legioner həyatı yaşamağı istəyirəm.
- Bəs ölkə daxilindən? Bir ara “Qarabağ”ın səninlə maraqlandığı barədə xəbərlər yayılmışdı...
- “Qarabağ”dan yox, amma digər klublardan təklif almışam. Ağdam klubu ilə hər hansı bir danışıq olmayıb. Digər klubların təkliflərini isə mənfi cavablandırmışam. Çünki hazırda “Turan Tovuz”la müqaviləm var və bu klubun uğurları üçün çalışıram.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"