Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
XƏBƏR 7 May 2024 / 16:45 1803
-  A +

Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.

QOL.az xəbər verir ki, "Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən görüşün əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada isə “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" bu mövsüm Yüksək Liqanın da qalibi olub. "Baku Fire" isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner