Musa "Yurqorden"in U-21 komandasında növbəti qolunu vurdu

Musa "Yurqorden"in U-21 komandasında növbəti qolunu vurdu
XƏBƏR 7 May 2024 / 11:27 3043
-  A +

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden”inin U-21 komandasında növbəti qolunu vurub.

QOL.azxəbər verir ki, o, “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib. M.Qurbanlı 4:2 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolun müəllifi olub. 22 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, M. Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində Elit Liqa kubokunda "Norççepinq"ə qarşı oyunda da qol vurmuşdu.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner