İkiqat Avropa çempionu müharibədə həlak oldu

İkiqat Avropa çempionu müharibədə həlak oldu
XƏBƏR 7 May 2024 / 20:10 4599
-  A +

Ağır atletika üzrə ikiqat Avropa çempionu, ukraynalı Aleksandr Peleşenko ölkəsində Rusiya ordusuna qarşı gedən müharibədə həlak olub.

QOL.az xəbər verir ki, bu haqda Ukrayna millisinin baş məşqçisi Viktor Slobodyanyuk məlumat verib. O, 30 yaşında Vətəni uğrunda gedən döyüşlərdə dünyasını dəyişib.

Peleşenko 2022-ci ilin fevralında başlayan müharibənin ilk günlərindən Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb.

Aleksandr Peleşenko 2016 və 2017-ci illərdə 85 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. 2016-cı ildə Rioda keçirilən Olimpiya Oyunlarında dördüncü yeri tutub.

2018-ci ilin aprelində Peleşenko dopinqdən istifadə etdiyinə görə 2026-cı ilə qədər yarışlardan kənarlaşdırılmışdı.


Son xəbərlər