"Fənərbaxça" xal itirdi

"Fənərbaxça" xal itirdi
DÜNYA FUTBOLU 7 May 2024 / 00:20 2452
-  A +

"Fənərbaxça" Türkiyə Superliqasında 35-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə "Konyaspor"la qarşılaşıb. Görüş heç-heçə ilə başa çatıb.

"Fənərbaxça"nın hazırda aktivində 90 xal var. Komanda hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. İsmail Kartalın komandası lider "Qalatasaray"dan 6 xal geri qalır. "Konyaspor" isə 37 xalla 16-cı yerdədir.

Qeyd edək ki, Türkiyə Superliqasında mövsümün başa çatmasına 3 tur qalıb.


Son xəbərlər