Tanınmış klubun stadionu sel sularının altında qaldı - Şəkillər

Tanınmış klubun stadionu sel sularının altında qaldı - Şəkillər
XƏBƏR 7 May 2024 / 17:56 4694
-  A +

Braziliyada baş verən sel fəlakəti nəticəsində "Qremio"nun ev oyunlarını keçirdiyi stadion da zərər görüb.

QOL.az xəbər verir ki, "Qremio Arena"nı su basıb və stadionun meydanı palçıqlı hovuza çevrilib. Xarici mətbuatda arenanın seldən ciddi şəkildə zərər gördüyü bildirilir.

Sözügedən arena 2012-ci ildə istifadəyə verilib. Bu stadionun tutumu 60 min nəfərdir. "Qremio Arena" Cənubi Amerikanın ən müasir stadionlarından biridir. 

Qeyd edək ki, Braziliyada ötən həftədən indiyədək davam edən yağış nəticəsində yaranan sel səbəbindən 84 nəfər dünyasını dəyişib, 111 nəfər itkin düşüb. 


Son xəbərlər