Krivotsyuk Cənubi Koreyada qol vurdu

Krivotsyuk Cənubi Koreyada qol vurdu
DÜNYA FUTBOLU 7 May 2024 / 02:25 1950
-  A +

Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi “Daejeon” səfərdə “Qvanqyu” ilə qarşılaşıb. Görüşdə meydan sahibləri qələbə qazanıblar - 2: 1. 

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sondək oynayıb. Komandasının yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub.

Qeyd edək ki, “Daejeon” hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb.


Son xəbərlər