"Zirə"nin kapitanı Elvin Məmmədov Topaz Premyer Liqanın 5-ci turunda "Qarabağ" ilə oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Zirə” demək olar ki, qapıya yaxınlaşa bilmirdi...
- Çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Rəqib məcbur edirdi ki, hücumlara geridən başlayaq. Alınmadı, məğlub olduq. Nə deyə bilərəm ki?
- Baş məşqçi müdafiədə oynamaq tapşırığı verə bilər, ancaq hər halda futbolçular bir-iki hücum edə bilərdi. Komanda sanki zərbə də vurmaq istəmirdi. Səbəbi nə idi?
- Deməzdim ki, tam passiv idik. Son 15 dəqiqədə normal futbol oynadıq. Sonuncu ötürmələrdə çatışmazlıqlar var idi.
- Razılaşırsan ki, keçən ilki “Zirə” indikindən güclü idi?
- Ötən il komanda qələbələr qazanırdı, razıyam. Nəticə olan yerdə hamı danışır. İndi isə 2 qələbə qazanıb, 3 dəfə məğlub olmuşuq.
- Ötən mövsümdən fərqli olaraq bu il “Zirə”nin Avrokuboklarda çıxış etməsinə maneə yoxdur. Bu heyətlə, bu oyunla Avrokuboklara vəsiqə qazanmaq mümkündür?
- Hərənin məsələyə öz baxış bucağı, öz fəlsəfəsi var. Bizim komandaya gəlməkdə məqsədimiz güc qatmaqdır. Bu sual barəsində nəsə deyə bilmərəm. Baş məşqçi var, heyəti o müəyyən edir. Ancaq niyə də olmasın? Futbolda hər şey mümkündür.
- Bir kapitan kimi, neçə ildi futbolda olan biri kimi necə düşünürsən, komandada boşluqlar çoxdur?
- Əlbəttə. Yeni komandadır. Ötənilki komandadan 8-9 nəfər dəyişilib. Birdən-birə qlobal dəyişiklik mümkün deyil. Sistemlər də fərqlidir. Əvvəl konkret müdafiə, əks-hücum futbolu oynayırdıq, bu il isə istəyirik ki, daha çox topla oynayaq. Siz məndən daha yaxşı bilirsiz, komandaya öz oyununu “otuzdurmaq” üçün illər lazımdır.
- Keçən il komandada Bonilya var idi, bu il sanki hücumçusuz çıxırsınız oyunlara. Düzdür, Nurlan Novruzov var, ancaq məsələn ötən oyunda Viktor oynayırdı hücumda. Buna nə ad vermək olar?
- Bu, mənə veriləcək sual deyil. Mən də istəyərəm ki, komandaya hücumçu gəlsin. Bu işlərlə rəhbərlik, baş məşqçi məşğul olur. Bəlkə də elə nüanslar var ki, heç birimiz bilmirik. Mən də istəyərəm ki, 3 güclü hücumçumuz olsun, rəqabət yaransın. Nə etmək olar? Belədir də.
- Necə düşünürsən, bəlkə keçən illə müqayisədə bu il rəqiblər daha çox güclənib?
- Doğrudur, keçən il bizdən zəif komandalar çox idi. Bu il isə 8 komanda var. “Qəbələ” və “Qarabağ”ı çıxmaq şərti ilə hamısı eyni gücdədir. Bu il daha çətin olacaq.
- Çempionluq yolunda favoritin kimdir? “Qarabağ”, ya “Qəbələ”?
- Yəqin ki, “Qarabağ” olacaq.
Məftun MAHİROĞLU
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi