Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar

Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
DÜNYA FUTBOLU 20 Noyabr 2026 / 11:15 113
-  A +

İngiltərənin “Lester” klubu satışa çıxarılmayacaq

QOL.az “The Telegraph”a istinadən xəbər verir ki, klubun rəhbərliyi əməkdaşlara “Lester”in satış prosesinin dayandırıldığını bildirib.

Avqust ayında satışa çıxarılan klubun bütün aktivləri üçün sahibləri 300 milyon dollar tələb edirdi.

Klubun İdarə Heyətinin sədri, tailandlı iş adamı Ayavatt Srivaddhanaprabha “Lester”in satışı ilə bağlı bütün prosesləri dayandırmaq barədə yekun qərar qəbul edib. 

Bildirilir ki, Srivaddhanaprabha əvvəlcə də klubu satmaq niyyətində olmayıb. 2010-cu ildə King Power şirkəti tərəfindən alınan “Lester”in rəhbərliyi hazırda əsas diqqətini bu mövsüm yüksək liqaya qayıtmağa yönəldib.

Qeyd edək ki, "Lester" 2015/16 mövsümündə tarixində ilk dəfə İngiltərə çempionu olub, 2020/21 mövsümündə isə ölkə kubokunu qazanıb. Lakin klub ardıcıl iki dəfə aşağı liqaya düşdükdən sonra hazırda İngiltərənin üçüncü səviyyəsi olan Birinci Liqada çıxış edir.


Qarabağ FK
Son xəbərlər
topaz banner